"Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır"

"Hadisələrin inkişaf tendensiyalarına uyğun addımlar atılır". SİA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimala dair sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır: "Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər var. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...