Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Agentlikdən SİA-ya verilən məlumata görə, bu dəfəki maarifləndirici mövzu isə orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin gücləndirilməsi haqqındadır.
Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.
Mikro elementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur və onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Mikro elementlərlə zəngin qidalar aşağıdakılardır və günlük qida rasionunu bu məhsullarla zəngin etməklə immun sistemini gücləndirmiş olarıq:
C Vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo,noxud, pomidor
D Vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər
A Vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər
E Vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər
B6 Vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud
B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq
Sink: Heyvan mənşəli proteinlər sinklə zəngindir. Mal və quzu əti, balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələkləri də sinklə zəngindir.
Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər
Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya
Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsaq
Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər “lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir”.
Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər.
Bitki mənşəli bir çox lifli məhsullar (alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokkoli) həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə gətirib çıxarır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşüb
Siyasət 22:03Nadir Rolls-Royce Malayziyanın vəliəhd şahzadəsində peyda oldu...
Texnologiya 21:27Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...
Şou-Biznes 21:05Çin niyə Misirə pul qoyur?
Dünya 20:27“Neftçi” “İmişli”ni məğlub edib
İdman 19:12Hindistan və Çin barışmaq fikrinə gəliblər..?
Dünya 19:0712 sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür
Səhiyyə 19:03Çin öz sirrinin qurbanına çevrilib...
Dünya 18:51Əl-Qaidənin hekayəsi necə bitdi..?
Dünya 18:27Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər
Siyasət 18:18Ukrayna “inqilabı”nın pərdəarxası...
Dünya 18:05İsmail Kartalın istefası qəbul edildi
İdman 17:42Ölkəmiz tərəqqi yolunda inamla irəliləyir
Siyasət 17:20Uzaqgörən və məqsədyönlü siyasi strategiya
Siyasət 17:18Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
Siyasət 17:10Tarixi Zəfərin reallıqlarını yaşayırıq
Siyasət 17:05Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri
Səhiyyə 15:25AB Kiyevə müdafiə üçün 6,1 milyard avro ayırıb
Dünya 15:21Rusiyanın yeni miqrasiya siyasəti - AKTUAL
Siyasət 15:16Paşinyan “açıq kosmos”da - GÜNDƏM
Dünya 15:09İran ballistik raket istehsalını yeniləyir
Dünya 15:00Qazaxıstan Xəzər dənizində hərbi təlimlərə başlayır
Siyasət 12:20Stresə qarşı mübarizədə idmanın əhəmiyyəti - FOTO
Sosial 12:17Dron hücumları Rusiyada neft hasilatını azaldıb
Dünya 12:16ŞƏT nüfuzlu beynəlxalq təşkilata çevrilir - TƏHLİL
Siyasət 11:526 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
İqtisadiyyat 11:37Diplomatlar Xankəndidə yeni tikintilərlə tanış olublar
Siyasət 11:04Tramp: İranla müharibə 2029-cu ilədək bitəcək
Dünya 10:43Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ
Dünya 05:04Avropa ŞOKDA - qaz qiymətləri "əl yandırır!"
İqtisadiyyat 03:22Bu gün 11 sentyabr terror hücumlarından 25 il ötür
Siyasət 03:05"Fənərbağça"nın baş məşqçisi İSTEFA VERDİ
İdman 02:21“Turan Tovuz”dan daha bir TRANSFER
İdman 01:22"Sabah" "Mançester Yunayted"ə uduzdu - YENİLƏNİB
İdman 01:02V turun hakim təyinatları açıqlandı - hansı hakim hansı oyunu idarə edəcək?
İdman 10 Sentyabr 23:29"Azərbaycanın bu təcrübəsi Türkiyə üçün çox qiymətlidir" - türkiyəli nazirdən AÇIQLAMA
Siyasət 10 Sentyabr 23:02Suraxanının bu ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyuldu - XƏBƏRDARLIQ
Sosial 10 Sentyabr 22:30BMT Təhlükəsizlik Şurası toplanır - Yəmənə görə...
Dünya 10 Sentyabr 22:03Əlverişli qiymətə satılan Volkswagen elektrik avtomobili hitə çevrilib...
Texnologiya 10 Sentyabr 21:51Sandra Bullok özünü “faralardakı maral”la müqayisə etdi...
Mədəniyyət 10 Sentyabr 21:28Çeçenistan rəhbəri üzü gizlədən geyim geyinməyi tənqid edib...
Sosial 10 Sentyabr 21:07Uğurların təməlində xalqın dəstəyi dayanır
Siyasət 10 Sentyabr 21:00Böyük etimad, sonsuz inam
Siyasət 10 Sentyabr 20:49“Dünyanın ağ-qara rəngə çevrilməsini bəyənmirəm...”
Dünya 10 Sentyabr 20:48Elon Maskın keçmiş həyat yoldaşı evlilikləri ilə bağlı sükutu pozdu...
Sosial 10 Sentyabr 20:27“The Wall Street Journal”: Pekin özünü üstələyib...
Dünya 10 Sentyabr 20:05Alim öz layihəsinin nəticələrindən qorxur...
Texnologiya 10 Sentyabr 19:51Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib...
Dünya 10 Sentyabr 19:42"Botafoqo" Hakim Ziyeşi transfer edib
İdman 10 Sentyabr 19:36“FT”: Ağ Ev Vittkoffun Ukrayna danışıqlarında iştirakını azalda bilər...
Dünya 10 Sentyabr 19:28Putin və Lavrovun bunkerlərinə gəzinti... .
Dünya 10 Sentyabr 19:05Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



