Xəzər rayonunda 65 yaşdan yuxarı tənha və kimsəsiz insanlara yardımlar edilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Xəzər rayonunda yaşayan tənha və kimsəsiz insanların, aztəminatlı ailələrin evlərinə mütəmadi olaraq baş çəkir, onlara zəruri ərzaq yardımları edilir.

8 aprel 2020-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və Millət Vəkili Rauf Əliyevin qərərgahının üzvləri tərəfindən Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya maddi ehtiyacı olan yüzlərlə rayon sakinini əhatə edib.

Ərzaq paylarını qəbul edən rayon sakinləri bu xeyirxah addıma görə, ölkə rəhbərliyinə və Azərbaycan dövlətinə minnətdarlığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...