Masallıda 1400 nəfər insana ərzaq paylanıb - FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq, Masallı rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində davamlı olaraq sanitar-profilaktik tədbirlər həyata keçirilir, mobil qruplar tərəfindən maarifləndirmə işləri davam etdirilir.

Rayon camaatı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edir.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı, məsul işçilər respublika Operativ Qərargahının tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. İndiki sınaq günlərində Masallıda nümunə olacaq əsl sosial həmrəylik nümayış olunur. Əlbəttə, belə xeyirxah işə cəlb olunmaq istəyənlərin sayı günbəgün artır. Hamı istəyir ki, xeyirxahlıq eləsin, kiminsə əlindən tutsun.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisin yeni çeçilmiş deputatları - Məşhur Məmmədov və Anar İsgəndərov bundan əvvəlki günlərdə keçirilən ənənəvi humanitar aksiyanı davam etdirərək, növbəti dəfə bu gün, 7 aprel 2020-ci il tarixdə 1400 nəfər rayon sakinlərinə yardım aksiyasını davam etdiriblər.

Qeyd edək ki, xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal!” çağrışının təmin olunması üçün təşkil olunub.

Xəbər verdiyimiz kimi zəruru ərzaq yardımlarının paylanmasında Masallı RİH başçısı cənab Şahin Məmmədov şəxsən iştirak edib, göstərişlərini verib.
Belə ki, xeyirxah aksiya çərçivəsində Masallı şəhər, kənd və qəsəbələri üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərindəı paylanıb. Aksiya zamanı həmçinin onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.

Ərzaq yardım alan vətəndaşlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...