Lənkəranda karantinlə bağlı tənha və ahıl vətəndaşlara baş çəkilib

Koronavirus xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində elan olunmuş karantinlə əlaqədar Lənkəranda evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, maarifləndici təbliğat-izahat işləri aparmaqla yanaşı onlara lazımi sosial-tibbi və mənəvi köməkliklərin göstərilməsinə də diqqət artırılıb. SİA-nın məlumatına görə, şəhər İcra hakimiyyətində yaradılmış gərargahın üzvləri, inzibati ərazi dairələrinin nümayəndələri, evlər komitələri və yerli bələdiyyələr tərəfindən müəyyən edilən belə vətəndaşlara lazımi köməkliklər olunur. Yerlərdən daxil olmuş müraciətlərə əsasən aprelin 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə karantinlə bağlı özünütəcrid vəziyyətində olan 50 ahıl vətəndaşa evlərində ərzaq yardımı payları təqdim olunub, çətinlikləri öyrənilib, müvafiq köməkliklər göstərilibdir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə