"Bu sərəncam Prezidentin vətəndaşlara həssas münasibətini təcəssüm etdirir" RƏY-ÖZƏL

“Son vaxtlar koronavirus təhlükəsi ilə əlaqədar olaraq müxtəlif cinayətlərə görə məhkum edilən yaşlı şəxslərin azad edilməsi yönündə addımlar atılmaqdadır. Onlardan biri Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan Əfv sərəncamıdır”. Bunu SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, budəfəki əfv sərəncamı digərlərindən öz spesifikliyi ilə seçilir: “Çünki bu sərəncam yalnız 65 yaşdan yuxarı olan 176 məhkumu əhatə edir. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidenti hər zaman vətəndaşının yanındadır və ən çətin məqamlarda belə onları düşünür”.

Dövlətimizin mövcud təhlükəyə reaksiyasının adekvat olduğunu deyən C. Xəlilov vurğulayıb ki, 65 yaşdan yuxarı tənha şəxslərin, eləcə də aztəminatlı ailələrin, muzdlu işçilərin, kiçik və orta sahibkarların dövlət tərəfindən himayə edilməsi, onlara maddi dəstəyin göstərilməsi də hazlki məqamda həyata keçirilən vacib və mühüm tədbirlər sırasındadır: “Bununla yanaşı dövlətimiz bu gün əhalinin salamlığını qorumaq, koronavirusun yayılmasını önləmək üçün bütün səylərini davam etdirir. Bir müddət bundan öncə “Yeni klinika”nın, eləcə də ötən gün tibbi maska istehsalı ilə bağlı müəssisənin açılışı ölkə başçısının vətəndaşlara olan həssas, duyarlı münasibətini təcəssüm etdirir, ölkə başçısının humanizmindən xəbər verir.bunun bariz göstəricisidir”.

Polkovnik qeyd edib ki, ölkə başçısının koronavirusla mübarizə çərçivəsində atdığı qətiyyətli və humanist addımlar bu mübarizəyə öz töhfəsini verəcək və xalqımız bu bəladan ən az itki ilə çıxmasını təmin edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...