"e-sosial-az" portalında təkmilləşdirilmə işləri aparılır ÖZƏL - AÇIQLAMA

"www.e-sosial-az portalında təkmilləşdirilmə işləri aparılır". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Fazil Talıbov portalda qeydiyyatdan keçməyə çalışan bir çox istifadəçinin problemlə üzləşməsi məsələsinə münasibət bildirərkən deyib.

İşsiz şəxslərin qeydiyyata alınması üçün www.e-sosial-az portalına daxil olaraq "e-xidmətlər" bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" xidmətini seçməli olduqları barədə məlumat verilmişdi.

Bir çox istifadəçinin qeydiyyatdan keçərkən portalda problemlə üzləşməsi məsələsinə aydınlıq gətirən Fazil Talıbov bildirib ki, bu məsələ üzrə işlər aparılır: "Hələ ki, təkmilləşdirilmə işləri parılır. Yaxın müddət ərzində portalla bağlı bütün problemlər həll olunacaq".

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...