"Prezidentin imzaladığı əfv sərəncamı böyük humanizm nümunəsidir" - ÖZƏL ŞƏRH

"Prezident İlham Əliyevin sərəncamı ilə məhkumunların əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Məhkumların əfv edilməsi Ümummilli ilder Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənlərin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse–pezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib: "Bu sadəcə statistika deyil, həmin sayda ailənin sevinci deməkdir .Əfv fərmanı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki , bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir".

H.Babaoğlu qeyd edib ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb: "Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir. Ancaq əlbəttə bu addım nə qədər vacib və humanistirsə bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui istifadə etmək, yenidən cinayət əməllərinə meyylənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər.Ona görə də istər əvf edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhvə verəcək mühim hadisə kimi dəyərləndirməlidirlər. Çünki bütövlükdə Azərbaycan cəmiyyəti hadisəni haqqlı olaraq belə də qiymətləndirir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...