Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Nyu-Yorkda yerləşən nüfuzlu Kolumbiya Universitetinin “Kolumbiya “Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?” başlıqlı məqaləsi çap edilib. Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğalı, qaçqın və məcburi köçkün problemi, eləcə də münaqişənin həlli üçün yaradılmış beynəlxalq mexanizmlərdən bəhs edilməklə yanaşı, 2019-cu il ərzində münaqişənin tənzimlənməsi prosesində atılmış addımlara, lakin Ermənistanda yeni hakimiyyət dəyişikliyindən sonra gözləntilərin əksinə olaraq, ötən ildə də münaqişənin həllində əsaslı irəliləyişə nail olunmaması faktına diqqət çəkilir.

Qeyd edilir ki, 2020-ci ildə bu istiqamətdə ilkin addımlar atılmasına baxmayaraq, dünyada COVİD-19 pandemiyasına qarşı aparılan tədbirlərin fonunda 31 mart tarixində Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi bu dövlətin heç də sülh yolunda çalışmaq niyyətində olmadığını nümayiş etdirib.

Sonda məqalədə bildirilib ki, bütün baş verənlər 2020-ci ildə də sülhə nail olunacağına dair müsbət işarələr verməsə də, sülhün yaxında olduğuna ümidlər hələ də qalmaqdadır.

Daha ətraflı: https://jia.sipa.columbia.edu/online-articles/what-happening-%E2%80%9Cpeace%E2%80%9D-armenia-azerbaijan-conflict

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...