Masallının Boradigah qəsəbəsində 350 ailəyə ərzaq yardımı verilib - FOTOLAR

Bəşəriyyəti ağuşuna alan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bu dəhşətli virusun yayılmasının qarşısının vaxtında almaq üçün möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciəti ölkə vətəndaşlarının böyük dəstəyi ilə həyata keçirilir. Belə çətin vaxtlarda insanların maddi və mənəvi vəziyyətinə kömək göstərmək əsl vətəndaşlıq məsuliyyətinə çevrilib. Masallıda da koronavirusa qarşı mübarizənin davam etdiyi günlərdə Masallı rayon rəhbərliyinin səhiyyə ocaqlarında, şəhər, kənd, qəsəbələrdə insanlara kömək göstərilməsi yolundakı tədbirlərə əməl etmək hər bir sakinin vətəndaşlıq borcuna çevrilib. Bu çətin zamanda imkanlı, xeyriyyəçi adamlar da həmvətənlərinə maddi və mənəvi kömək göstərirlər.

Boradigah qəsəbəsindəki “Vəhdət” Soisial İctimai İnkişaf Birliyi sakinlərə maddi kömək göstərməklə ölkə Prezidentinə dəstək nümayiş etdirib. Birliyin sədr müavini Hacı Nazim Bəyverdiyevin dediyinə görə qəsəbənin 350 ailəsi bu ərzaq köməyindən bəhrələnib. Həmin ailələrdən hər birinə 60 manatlıq ərzaq məhsulları verilib. Sosial yardım yaşı 60-dan yuxarı olan, işləməyən adamlara, şəhid və aztəminatlı ailələrə paylanıb.

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...