AAYDA-nın rəhbəri maska tikilməsi üçün sahibkara kömək etdi

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən tədbirlər həyata keçirilir. Keçirilən tədbirlər çərçivəsində koronavirusla mübarizəyə dəstək olaraq, ayrı-ayrı sektorların təmsilçiləri, özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutları koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına bu çağırışlararına qoşularaq yaxından iştirak edirlər.

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizə Dəstək Fonduna dövlət və özəl sektorlardan dəstək göstərilir.

Regionlarımızda da koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə rayon icra hakimiyyətləri və özəl sektor,vətəndaş cəmiyyəti institutu nümayəndələri əhalinin sağlamlığı üçün müxtılif tədbirlər həyata keçirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən "Biz birlikdə güclüyük" təşəbbüsə dəstək məqsədilə Tərtər rayon əhalisinə öz şəxsi vəsaiti hesabına "Zər Tekstil Evi" MMC-yə tikilib paylanmasına köməklik göstərib.

Tikiş müəssisəsindən bildirilib ki, müəssisə işçiləri bu təşəbbüsə könüllü qoşularaq, artıq keçən həftədən gecə-gündüz fasilələrlə çalışıb işləyirik. Artıq hazırladığımız yüzlərlə maskanı kəndlərdə ehtiyacı olan ailələrə pulsuz paylamağa başlamışıq. Düşünürük tez bir zamanda beş min ədəd maska tikərək işlərimizi davam etdirək. Onu da qeyd edək ki, biz fəaliyyətimizi Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdiririk. Həmişə

olduğu kimi, bu gündə, belə bir çətin anlarda bizlərə göstərdiyi köməyə görə Saleh Məmmədova öz təşəkkürümüzü bildiririk. Çalışaq sağlam qalaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...