Havanın soyumasına səbəb nədir?

Azərbaycanda bu gündən hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub. Bunu SİA-nın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu gündən başlayaraq, aprelin 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

M.Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün xarakterikdir: “Bu dövrdə qarın yağması ötən illər ərzində də müşahidə edilib. Biz bu dəfə də hava şəraitinin dəyişməsi nəticəsində dəniz səviyyəsindən 1000-1500 metr yüksəkdə yerləşən kəndlərimizə qarın yağmasının şahidi ola bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə