Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə necə qulluq edilməlidir? QAYDALAR

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə düzgün qulluq qaydası həm özünüz həm də ailə üzvlərini sağlamlığınız üçün mütləqdir. Ona görə də ev şəraitində karantinə alınan şəxslərə baxanlar belə şəraitdə istifadə ediləcək düzgün qaydaları həm bilməli, həm də tətbiq etməlidirlər. Bəs görəsən belə halda dügün qulluq qaydası necədir? SİA Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən belə hallarda tətbiq ediləcək düzgün qaydaları təqdim edir:

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərin ilk növbədə qidalanmasına fikir vermək məsləhət görülür. Belə ki, şübhəli şəxs istirahət etdiyindən bol maye və vitaminli qidalardan istifadə etməsi mütləqdir.

Şübhəli şəxslə eyni otaqda olarkən tibbi maskadan istifadə etmək mütləqdir. Tibbi maska taxdığınız zamanı maskaya və üzə toxunamalı, istifadədən sonra çıxarılmalıdır.

Şübhəli şəxs üçün ayrıca dəsmallardan, qablardan, yataq dəstlərindən istifadə edin. Həmin əşyaları sabunla yumaq tövsiyə olunur.

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslə qulluq edirsinizsə əllərinizi tez-tez xabunla yumalı və spirtləməlisiniz. Xüsusilə də həmin şəxsin əşyası ilə təmasdan, yemək hazırlamadan öncə, hazırlayarkən və ya hazırladıqdan, yemək yeməzdən əvvəl, tualetdən sitifadə etdikdən sonra əllərin yuyulması və spiet əsaslı məhlullarla təmizlənməsi vacibdir.

Şübhəli şəxsin tez-tez toxunduğu səthlər gündəlik olaraq təmizlənməli və dezinfeksiya edilməlidir.

Ən əsası isə koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərin səhhətində pisləşmə və ya nəfəs darlığı hiss olunars, mütləq çəkildə Təcili Tibbi Yardıma zəng vurulmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...