FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara respublikamızda koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində vətəndaşlara müraciət edib. SİA xəbər verir ki, müraciətdə deyilir: Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq. LİNK: https://youtu.be/Wo6TbFk1sL4

Bütün xəbərlər Facebook səhifəmizdə