Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər DİN

Daxili İşlər Nazirliyi (DİN) KİV nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir: “Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər”. Bu şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur.

Kütləvi informasiya vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur. Lakin jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobildən yalnız iş məqsədilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...