Respirator maskalar haqqında nələri bilmirik? İLGİNC

Respirator maskaların qıtlığı insanları digər vasitələrə əl atmağa vadar edib. Belə ki, bir çoxları maskaları özləri tikir, ya da əl altında olan digər vasitələrdən – şərflərdən, örtüklərdən istifadə edirlər. Hətta dizaynları ilə fərqlənən modellər belə yaranmağa başlayıb.

Ancaq bütün bunlara baxmayaraq, maska tapa bilməyənlər bundan təəssüf keçirməsinlər. Artıq bəlli olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı sağlam insanların maska taxmalarına ehtiyacın duyulmadığını bəyan edib. Maskaları yalnız az təsadüf edən hallarda - insanın COVID-19 xəstəsinə qulluq etdiyi yaxud öskürdüyü və asqırdığı vaxt istifadə etməlidir.

Rusiyalı professor: "Maskanı küçədə istifadə etmək səmərəsizdir"

Bəs nəyə görə maska tez-tez istifadə edilməməlidir? SİA xəbər verir ki, bu barədə "AiF" nəşrinin suallarını cavablandıran Seçenov universitetinin hospital terapiyası üzrə kafedra professoru, tibb elmləri doktoru Sergey Yakovlevə görə, maskanı küçədə istifadə etmək səmərəsizdir: "O, sadəcə özünə toz yığacaq və bu da maskanın verə biləcəyi "effekt"idir", deyən Yakovlev bnu belə izah edib: "Ona görə ki, viruslar havada uçmurlar. Bakteriyalardan fərqli olaraq, onlar canlı hüceyrələr deyillər, sadəcə infeksiyalı hissəciklərdirlər ki, müxtəlif səthlər üzərində müəyyən zamana qədər qala bilərlər və kimsə dəqiq deyə bilməz ki, bu hissəciklərin nə qədər müddət qalmaq ehtimalları var. Bəli, araşdırmalar aparılıb və məlum olub ki, məsələn, koronavirus plastik məhsul üzərində 3 gün qalır. Bəs bu məlumatlar necə əmələ gəlir? Bir neçə gün sətəhlərdən mazok götürülür və molekulyar diaqnostika vasitəsi ilə virusun RNA-sı, ya da DNA-sı müəyyən edilir. Əgər virusun geni tapılırsa, onda hesab edilir ki, bu virusdur. Lakin virus bu müddət ərzində həyata davamlı olmaya da bilər, ya da mümkündür ki, aşkar edilən virusun qalıqlarıdır. Mən inanmıram ki, o bu qədər çox yaşaya bilər. Ancaq bir neçə saat tamamilə mümkündür".

"Maska virusdan 100 faiz qorumur..."

Professor hesab edir ki, maskaları mümkün infeksiyalı insanlarla sıx təmasda olarkən taxmaq lazımdır: "Misal üçün belə bir ehtimal metroda, mağazada ola bilər, Təbii ki, tibb müəssisələrində də. Bəllidir ki, maska virusdan 100 faiz qorumur. Lakin bütün hallarda maskanın olması olmamasından daha yaxşıdır".

Rusiyalı professor qeyd edib ki, bahalı (filtirli və s.) maskaların effektivliyi adi maskalardan heç də fərqlənmir: "İnfeksiyalı xəstələrlə işləyən həkimlərə infeksiya əleyhinə olan xüsusi maskalar verilir. Onlar satılmır və epidemioloji xidmət bu maskaları tibb işçilərinə təchiz edirlər. Bəllidir ki, maskanın effektivliyi 2-3 saatdır. Bunun ardınca isə ona virus düşərsə, maskanın özü yoluxma mənbəyi hesab edilə bilər. Bəs maskanı uzun müddət taxdıqdan sonra, yaxud yenisi ilə əvəzləmək imkanı olmadıqda nə etməliyik? Qaydalara görə, maskanı yumaq olmaz. Düzdür, bu halda viruslar, bakteriyalar məhv ola bilərlər. Lakin digər tərəfdən, maskanın strukturu da pozula bilər və o effektliyini itirər. Daha optimal vasitə budur ki, onu 2-3 saatlıq istifadədən sonra maskanın daxilini və xaricini antiseptik maddələrlə işlətmək lazımdır".

"Bütün bunları dezinfeksiya etmək mümkün deyil"

Yakovlev qeyd edib ki, maskanı düzgün şəkildə çıxarmaq vacibdir: "Onu kənarlardan tutmaqla, paketin içinə salmaq, bükmək və bundan sonra atmaq lazımdır. Ən əsası isə, yalnız maskalara etibar etmək olmaz. Virus əllərdən də keçə bilər. Məsələn, evdə virus daşıyıcı insan varsa, infeksiya hər yerdə olacaq – liftlərin düymələrində, qapı tutacaqlarında, domofonda, qapı zənglərində və s. Bütün bunları dezinfeksiya etmək mümkün deyil. Yaxud, dezinfeksiya etməsəniz, demək ki, əlləri mümkün qədər tez-tez yumaq, antiseptiklə təmizləmək lazımdır, ya da əlcəklərdən istifadə də mümkündür".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...