Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılır FHN
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.
FHN-dən SİA-ya verilən məlumata görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Xüsusi karantin rejimində texniki baxış müddəti bitən kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB