Koronavirusun insan orqanizmində inkişaf FORMASI

Yüksək qızdırma, öskürək, nəfəs darlığı, döş qəfəsində ağrı eynilə qripin əlamətlərinə bənzəyir. Lakin son bir neçə aydır ki, bu əlamətləri adi qripin əlamətləri kimi deyil, ilk olaraq koronavirus şübhəsi kimi qəbul edirik.

COVİD-19-un adi qripdən fərqi nədir?

Qeyd edək ki, qripdən ölüm faizi COVİD-19-la müqayisədə 0.05 faiz daha aşağıdır. Lakin insanlığın düşməninə çevrilən koronavirusu eyni qrupa daxil olan qripdən inkubasiya dövründə müəyyən qədər ayırd etmək olar. Belə ki bu dövr qripdə 3-4, COVİ-19-da isə 6-7 gündür.

Koronavirusun əsas risk hədəfi əsasən yaşlılar və immun sistemi zəif olanlardı. Lakin qrip virusan 7-70 yaş arasında hər kəs yoluxa bilir. Diqqət ediləcək əsas faktlardan biri yüksək temperaturdur.

Lakin koronavirusun klinik olaraq qrip kimi diaqnoz qoyulması mümkün deyil. Virusa yoluxma faktı yalınız laborator şəraitdə aşkara çıxır.

Koronavirus insan orqanizmində hansı formada inkişaf edir?

Vaksini tapılmadığından hələ ki məğlubedilməz kimi görünən COVİD-19 virusu hər bir orqanizmə fərqli təsir etsə də, ilk 2 həftəlik karantin müddətində eyni formada özünü birüzə verir. Birinci və üçüncü gün soyuqdəymə, qripə bənzər əlamətdər, yəni yüngül boğazağrısı və qızdırma olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma, ishal halı da ola bilər. Döğrdüncü gün boğaz ağrısı şiddətlənir səs kallaşır, baş ağrıları başlayır. Beşinci gün boğaz ağrısı daha da şidddətlənir və xəstə üçün yemək, içmək olduqca çətinləşir, oynaq ağrıları başlayır. Altıncı gün quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaza ğrıları şiddətlənir, yorğunluq, ürəkbulanma artır. Nəfəs almaqda çətinlik yaşanır. Yeddinci gün qızdırma 38 dərəcəyə qalxır. Öskürək və bəlğəm şiddətlənir. Səkkizinci gün nəfəs alıb vermək çox ciddi dərəcədə çətinləşir, qızdırma 38 dərəcəni ötür. Döş qəfəsində ağrılar kəskinləşir. Doqquzuncu gün bütün simptomlar şiddətlə artır. Üz və dodaqlarda göyərmə sezilir. Öskürək və bəlğəm dözülməz olur. Əgər bu əlamətlərin hər hansı birini yüngül də olsa sezirsinizsə, həkimə müraciət etməyiniz mütləqdir.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı dünyada koronavirusu pandemiya elan edib. Son rəqəmlərə görə, dünyada virusa yoluxanların sayı 1 milyonu ötüb, ölənlərin sayı isə 45 mini keçib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə