OPEC və qeyri OPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb. SİA-nın xəbərinə görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə