Ötən il ölkədə 660 uşaq övladlığa götürülüb

Ötən il ölkəmizdə 345-i oğlan, 315-i qız olmaqla 660 uşaq övladlığa götürülüb. Ədliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.

Əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb. Ölkəmizin məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82-yə çatıb.

2019-cu ildə övladlığa götürülən uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...