Beynəlxalq Mətbuat Mərkəzində QHT-lərin təşkilatçılığı ilə ermənilər tərəfindən qətlə yetirilmiş Fariz Bədəlovun anım günü keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Qadın və Uşaq Problemlərinin Araşdırılması", "Xocalı Soyqrımını Tanıtma", Təkamül və İnteqrasiya" və "Üçüncü Sektor" ictimai birliklərinin təşkilatçılığı ilə 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsinin 40-cı günü ərəfəsində anım günü keçirilib.
SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" ictimai birliyinin sədri Kəmalə Əliyeva, "Təkamül və İnteqrasiya beynəlxalq" ictimai birliynin sədri Arzu Qədirova, "Xocalı Soyqrımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu və Fariz Bədəlovun anası Şirinnaz Bədəlova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov 9 yaşlı Fariz Bədəlovun erməni silahlıları tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi pisləyib, Ermənistanın Fariz Bədəlovun simasında uşaqlara qarşı amansız qətliyamlar törətməsinin hələ də davam etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Vüqar Qədirovun sözlərinə görə, bizim əsas məqsədimiz bu kimi tədbirlər vasitəsilə başımıza gələnləri nəinki Azərbaycan xalqına, o cümlədən bütün dünyaya çatdırmaqdır. Təşkilat sədri Fariz Bədəlovun təhsil aldığı Aşağı Qərvənd kənd orta məktəbinə onun adının verilməsinin zəruri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın fikrinə görə, 8 mart Beynəlxalq Qadınlar günündə anası Şirinnaz Bədəlovaya övladının cansız bədənini "hədiyyə" edən ermənilər beynəlxalq bayramı beynəlxalq qətliama çevirdilər. S.Qəhrəmanovanın söylədiyinə görə, bu qədər faciələrdən sonra cəzasız qalan ermənilər arxayınlaşaraq ardı-arası kəsilmədən atəşkəsi pozur, həmvətənlərimizi qətlə yetirir və bununla öz siyasətlərinin dünya ictimaiyyətinə açıq-aydın bəyan edərək torpaqlarımızı sülh yolu ilə azad etməyəcəklərini nümayiş etdirirlər.
Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov çıxışı zamanı bildirib ki, azğın ermənilərin törətdiyi bu faciə heç zaman unudulmayacaq: "Vətən uğrunda ölən insanları heç vaxt unuda bilmərik. Azərbaycan torpaqları tezliklə qaytarılmalıdır. Bu istiqamətdə atılan addımlar öz nəticəsini tapacaqdır. Xocalıda və digər işğal olmuş rayonlarımızda uşaq, qoca, qadın demədən vəhşiliklə öldürən ermənilər qətlə yetirilmiş insanların qanının yerdə qalması insan haqlarını qoruyan təşkilatların bu haqsızlığa göz yummasının nəticəsidir. Ona görə də, bu gün Ermənistan heç nədən çəkinmədən təcavüzkar hərəkətlərini davam etdirir".
Qeyd edək ki, tədbirin sonunda qeyri-hökümət təşkilatlarının dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara Bəyanatı qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB