Xalq artistinin oğlu ABŞ-dan Azərbaycana gələ bilmir VİDEO

Xalq artisti Möhlət Müslümovun oğlu Rüstəm ABŞ-dan Vətənə dönə bilmir. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Oğlum festivala getmişdi. Martın 7-də yola düşdülər. Daha sonra Novruz bayramı ilə bağlı tədbirlərə qatılmalıydılar. Tədbirlər təxirə düşdü, martın 23-də qayıtmaq üçün biletləri var idi. Həm də martın 23-də ən sonuncu uçuş olacaqdı. Amma təxirə salındı. İndi gələ bilmir, orada qalıb. Deyiblər, uçuş olan kimi sizi yollayacağıq".

Rüstəm efirə zəng edərək bu sözləri deyib: "Əsas odur ki, salamatçılıqdır. 23-ü qayıtmalıydıq, dedilər 29-u uçuş var. Ancaq o da təxirə salındı. Vizamızın vaxtı 1 ildir, amma 6 ay qala bilərik. Burada ancaq marketlər və apteklər açıqdır. Hazırda menecerimizin evində qalırıq. Azərbaycanlılar burada bizə dəstək olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə