İqtisadiyyat nazirinə yeni müavin təyin edildi SƏRƏNCAM

Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamla Sahib Nurəddin oğlu Ələkbərov bu vəzifəyə təyin olunub.

Sahib Ələkbərov 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...