Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 27 il ötür.
SİA xəbər verir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazi baxımından ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da həmin qətnamə, o cümlədən, sonradan qəbul olunmuş daha 3 qətnamə indiyədək yerinə yetirilməyib.
Qeyd edək ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Prezident İlham Əliyev Türkiyə xalqını təbrik edib...
Siyasət 18:02Ruslar öz Ka-52 helikopterlərini vurublar...
Dünya 17:54"Azərbaycan xalqı qələbəyə layiqdir" - ŞƏRH EDİLDİ
Siyasət 17:22Azərbaycanın bölgədə artan gücü
Sosial 16:39Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 16:24Bugünkü hərracda dövlət əmlakı olan 9 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat 16:16Dövlət Reyestrinə yeni sortlar və cinslər daxil edilib - AXA
İqtisadiyyat 16:07Ruben Vardanyana yeni vəkil təyin olunub - FOTOLAR
Hadisə 15:33Teatra maraq nə dərəcədədir? – AKTRİSALAR DANIŞDI - RƏYLƏR
Mədəniyyət 14:44İmzaya doğru - RAKURS
Siyasət 14:38Müəllimin 8 saatlıq iş rejimi bizə nə vəd edər?
Təhsil 14:34“Mədəniyyət rüzgarı” layihəsi davam edir
Mədəniyyət 14:24Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
Mədəniyyət 14:21“Insurtech” bazarının qiyməti 35 milyard dollardır - İcraçı direktor
İqtisadiyyat 13:59Son 5 ildə Azərbaycan sığorta bazarı böyüyüb - Mərkəzi Bank
İqtisadiyyat 13:19Oktyabr çağırışının gedişatı müzakirə olunub
Sosial 13:11Səfirlik yayılan məlumatlara aydınlıq gətirib
Siyasət 12:54Azərbaycanın ticarət gücü regionu qabaqladı - STATİSTİKA
İqtisadiyyat 12:40“Sağlam məktəbli” layihəsi davam edir - AQTA
Sosial 12:36Azərbaycan kuboku: 2-ci mərhələ başlayır
İdman 12:35Sabah 25 dərəcə isti olacaq
Sosial 12:28Aİ-dən Mərkəzi Asiya banklarına zərbə - AKTUAL
Siyasət 11:49Qəbələdə avtomobil piyadanı vurub
Hadisə 11:45Azərbaycan 2027-ci ildə “Automechanika” sərgisinə ev sahibliyi edəcək
İqtisadiyyat 11:35Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9833
+0,35%
-
GBP
2,2723
+0,37%
-
RUB
2,1450
+0,62%



