Ermənistan əhalisinin əksəriyyəti yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır
Yaxın zaman ərzində Ermənistanda yoxsul təbəqə də qalmayacaq. Yox, elə başa düşməyin ki, hamı varlanacaq. Belə ki, Ermənistanda əhalinin əksəriyyəti yoxusulluq səviyyəsindən də aşağı yaşayır. SİA-nın xəbərinə görə, bu barədə məlumat erməni KİV-ində yer alıb. Dövlət tərəfindən ayrılan vəsait kifayət qədər olmadığından yoxsul təbəqənin yalnız 10 faizinə yardım etmək mümkündür. Lakin həmin pullar hara xərclənməsi hələ də qeyri-müəyyən olaraq qalır. Çünki orta və kiçik məmurlar ayrılan vəsaiti mənimsəyirlər. Odur ki, dövlət "Qaşı düzəldən yerdə gözüdə vurub çıxardır".
Lakin bu yoxsulluqdan digər ölkələrə miqrasiya edərək canını qutarıb qaçmaq istəyənlər də var və getdikcə onların sayı artmaqda davam edir. Belə ki, ötən illə müqayisədə bu ilin 3 ayı ərzində miqrasya edənlərin sayı 2,5 dəfə artıb. İş axtarmağa gedən ermənilər isə ən çox Rusiyaya üz tuturlar. Ermənilərin özü də bundan təəssüflənirlər. Yerli KİV-lər belə halların çoxalmasının dövlətin gələcəyinə mənfi təsir edəcəyini yazırlar. Çünki, miqrasiya edən şəxslərin çoxu ziyalılardır.
Keçək əsas məsələyə, yoxuslluğun statistik göstəricilərinə. Son statistik göstəricilərə əsasən 2009-cu ildə ölkədaxilində yoxsulluq səviyyəsindən aşağı yaşayanlar ümumi əhalinin 3,1 təşkil edirdisə, Ermənistanda ərzaq məhsullarının və komunal xərclərin qiymətinin qalxması, ötən il inflyasiyanın 2 rəqəmli olması fonunda yoxsulluq səviyyəsindən aşağı yaşayan əhalinin artma ehtimalı tam normaldır. Regionlarda isə vəziyyət tam bərbaddır. Məsələn Ermənistanın Spitak rayonu 1988-ci ildə baş verən zəlzələdən çox böyük əziyyət çəkib və bu vəziyyət hələ də davam edir. Çünki ölkədə ən çox yoxsul burada yaşayır. Belə ki, əhalinin 70 faizi yoxsul, qalanları isə yoxsulluqdan aşağı səviyyədə yaşayır. Sosial vəziyyətindən şikayətlənən 60 yaşlı Artik Ofik regionlarda yaşayışın açınacaqlı olduğunu bildirir: "Biz günü-günə calayırıq. Burada iş yoxdur və mənim böyük oğlum özünə iş tapmaq üçün paytaxta gedib. Orada çörəkbişirmə sexində işləyir ki, məni, ailəsini və balaca qardaşını dolandırsın. O, çörək bişirilən daşın üstündə yatır. Evə isə ayda bir dəfə gəlir. Çünki yola pulu çatmır. Oğlum bütün günü işləyir. Hətta istirahət günləri olmur. Bütün işin müqabilində o, 300 dollar (100 min dram) maaş alır. Əsas ehtiyacımız isə un və şəkər tozudur. Çörək baha olduğuna görə, biz onu evdə hazırlayırıq. Qışda isə vəziyyət insanlığa sığmayan bir forma alır. Ağac almaq lazımdır. Çünki soyuqda uşaqlar xəstələnə bilər. Bizim yaşayımız sürünməkdir, heyvan da bizdən yaxşı yaşayır".
Ermənistan Statistika komitəsinin nümayəndəsi Diana Martirosova 2008-ci ildə ölkə də yoxsulluğun 28 faiz, 2009-cu ilə 34 faiz təşkil etdiyini vurğulayıb. Burada kasıb uşaqların sayı daha çoxdur. Belə ki, uşaqların 38 faizi yoxsul, 4,5 faizi isə yoxsulluqdan aşağı səviyyədə yaşayır. UNİCEF-in Ermənistan üzrə nümayəndəsi Leyli Moşiri-Djilani dünyada baş verən iqtisadi böhranın erməni ailələrinə hələ də təsir etdiyi bildirib: "Bundan daha çox uşaqlar əziyyət çəkir. Çünki vəziyyətə acınacaqlı olaraq qalır. Hətta hökümətin büdcədən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar uşaqların yaxşı formalaşmasına müsbət təsir etməyəcək. Bu isə uşaqların gələcyinə uzunmüddətli və pis təsirini qoruyub saxlayacaq. Bu hadisələr isə ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB