Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

SİA-nın məlumatına görə, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə