İƏT qondarma "seçkilər"i tanımır

2020-ci il martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda qondarma “seçkilər”in keçirilməsi BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrinə ziddir. SİA-nın məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, İƏT Baş Katibliyi həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə nizamlanmasını dəstəkləyən İƏT və ATƏT qətnamə və qərarlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...