DMAA-nın rəhbərliyi Prezidentin çağırışına qoşulub

Dövlət Mülki Aviasiya Agentliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulub. Agentlikdən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulub.

Ölkəmizdə “COVID-19” pandemiyasının qarşısının alınması ilə bağlı görülən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından pul vəsaitləri köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...