Elmar Qasımov: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkə gənclərinin hərtərəfli inkişafı deməkdir”

Elmar Qasımov: “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ölkə gənclərinin hərtərəfli inkişafı deməkdir”
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası ölkəmizin iqtisadiyyatına yeni-yeni mütəxəssislərin gəlməsi, ölkə gənclərinin hərtərəfli inkişafı deməkdir. Bu barədə SİA-ya açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov deyib. O bildirib ki, ölkəmizin inkişafında mühüm rol oynayan gənclər üçün bu proqramın çox böyük əhəmiyyəti var. E.Qasımov vurğulayıb ki, ötən illəri əhatə edən dövlət proqramı da çox uğurla həyata keçirilib. Nazir müavininin sözlərinə görə, bu proqram çərçivəsində tələbələrimiz üçün böyük perspektiv və imkan yaradılır ki, qabiliyyətli, savadlı gənclər xaricdə təhsil alsınlar.

"Tələbələrimiz çox yüksək səviyyədə təqaüd alır, yol xərcləri, sığorta xərcləri, təhsil haqları ödənilir. Biz xaricdə təhsil alan tələbələrlə təşkilatlanma işlərini həyata keçirir, onlarla xaricdə tez-tez görüşlər, forumlar təşkil edirik. Bu baxımdan tələbələrin təşkilatlanma işlərində də bu il çox böyük addımlar atılıb və bu da bizim böyük diqqətimiz olan işdir", - deyə o əlavə edib.

E.Qasımov qeyd edib ki, bu il xaricdə təhsil alacaq gənclər üçün yeni prioritet istiqamətlər elan edilib: "Xaricdə təhsil almağa göndəriləcək tələbələrin hansı ixtisaslar üzrə göndəriləcəyi ilə bağlı məlumatlar açıqlanıb. Tibb, mühəndislik, turizm və otelçilik, fundamental elmlər sahəsində biotexonologiya, genetika və kənd təsərrüfatının müəyyən ixtisasları üzrə elmlər prioritet elan etmişik. Artıq Almaniyaya tələbə qəbulu həyata keçirilib. Alman Tələbə Mübadilə Xidmətinin həyata keçirdiyi qəbul prosesi nəticəsində Almaniyaya tibb və mühəndislik ixtisasları üzrə tələbələr göndəririk. Biz bu istiqamətdə işimizi gələcəkdə də davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə