Koronavirusa yoluxmuş qadının keçirdiyi ağrıların TƏSVİRİ

ABŞ-ın Viskonsin ştatının sakini öz Twitter hesabında koronavirusa yoluxarkən xəstəlik zamanı çəkdiyi əziyyəti təsvir edib. SİA-nın xəbərinə görə, Emi Şirsel Avropa səyahətindən sonra xəstəliyə yoluxduğunu bildirib.

“İlk günlər simptomlar yüngül idi. Daha sonra temperaturum qalxdı, yüngül öskürək, baş ağrısı, titrəmə, burun axıntısı yarandı”, - deyə o qeyd edib.

Daha sonra xəstədə yuxu və iştah problemi yaranmağa başlayıb və xəstəliyin 4-cü günündə ondan koronavirusla bağlı test müsbət nəticəsini göstərib.

22 yaşlı amerikalı artıq ürək bulanma, nəfəs darlığı problemi yaşamağa başlayıb. Onun temperaturu 39 dərəcəyə yüksəlib. Bir gün sonra artıq gəzməyində problem yaşamağa başlayan Şirsel həkim çağırmağa məcbur olub. Həkimlər onu xəstəxanaya yerləşdiriblər.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni bir koronavirusu pandemiya elan edib. Son rəqəmlərə grə, artıq dünyada 690 mindən çox insanda yoluxma hadisəsi qeydə alınıb, 33 mindən çox insan isə həyatını itirib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, artıq ABŞ-da 3 mindən çox xəstə COVID-19 diaqnozu ilə dünyasını dəyişib. Orada yoluxma hallarının sayı 163,5 min nəfərə çatıb. ABŞ bu göstəriciyə görə dünyada yoluxanların sayına görə birincidir. Lakin ölüm sayına görə, İtaliya, İspaniya və Çin digər ölkələrdən öndədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə