Bir insanın məsuliyyətsizliyi ətrafındakı insanların da virusa yoluxması ilə nəticələnəcək - Bəhruz Quliyev
Azərbaycan qlobal problemlə mübarizədə digər ölkələrdən fərqlənir. Koronavirusun zərərlərini azaltmaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövlətin vətəndaşını qoruması yolunda həyata keçirilən tədbirlər silsiləsinin davamıdır.
SİA xəbər verir ki, bu fikirləri "Trend"ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mütəmadi olaraq əhaliyə müvafiq tövsiyələr verməsi, eləcə də ciddi ölçülərin götürülməsi dövlətin vətəndaşının yanında olduğunu deməyə əsas verir:
"Əlbəttə ki, vətəndaşlarımız da öz növbələrində xüsusi karantin rejiminə əməl etməlidirlər. Hər kəs həmrəylik göstərib tətbiq edilən qaydalara maksimum riayət etməyə borcludur. Bu, insanlarımızın sağlamlığı, virusdan qorunması üçün çox vacib amildir".
Siyasi ekspert qeyd edib ki, bu prosesdə həkimlərin və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının xüsusi xidmətləri həm prezident, həm də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir:
"Mən bu sıraya KİV nümayəndələrini və televiziya əməkdaşlarını da əlavə edərdim. Çünki #EVDƏ QAL AZƏRBAYCAN həşteqinə rəğmən adıçəkilən sferanın əməkdaşları tam gücləri ilə əhalinin sağlamlığının qorunması və evdə qalarkən informasiya ilə təmin olmasını həyata keçirirlər. Düşünürəm ki, müxtəlif KİV-lərdə fəaliyyət göstərən jurnalistlərimiz də ictimaiyyəti məlumatlandırmağı davam etməli, virusa qarşı mübarizədə fəal olmalı, maarifləndirimə işləri aparmalıdırlar. Həyata keçirilən işlərdə həkimlər, polislər, jurnalistlər və s. kimi hər kəs öz sosial məsuliyyətini dərk etməlidir. Əlbəttə ki, bir insanın məsuliyyətsizliyi onun özü ilə yanaşı ətrafındakı insanları da virusa yoluxdurması ilə nəticələnəcək. Məhz bu baxımdan, ciddi karantin rejimini hər kəs öz həyatına da tətbiq etməlidir. Yəni koronavirus infeksiyasının ölkədə lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub, bu təhlükəli infeksiyaya qalib gəlməliyik. Evdə qalın ki, qalib gələk".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



