YAP Xızı rayon təşkilatının könüllüləri 20 ailəyə baş çəkiblər - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından onlara yardımların edilməsi xalqımızın bir olmasından xəbər verir. SİA-ya Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyevin verdiyi məlumata görə, bu nəcib təşəbbüsə rayon könüllüləri də qoşulub.

YAP Xızı rayon təşkilatının sədri bildirib ki, partiyanın fəalları və könüllüləri 20 ailə baş çəkib, onları koronovirusla bağlı ərtaflı məlumatlandırıb və istifadə olunan tibbi ləvazimatlar verib, onlara sosial xidmətlər göstəriblər: "Cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə aktiv qoşulublar. Aksiya çərçivəsində YAP-ın könüllüləri ahılların mənzillərində olur, gündəlik lazım olan ərzaq və tibbi vasitələrini onlara təqdim edirlər".

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmət göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə