Müharibə aparılmasının metod və vasitələrini tənzimlənməsi və insan hüquqları

Müharibə aparılmasının metod və vasitələrini tənzimlənməsi və insan hüquqları

Maks Huber vaxtilə xəbərdarlıq edirdi ki, “əgər gələcəkdə də yeni texniki nailiyyətlər 1907-ci ildən sonra olduğu kimi müharibə məqsədilə istifadə olunacaqsa müharibə hüququ və hətta beynəlxalq hüququn özünün mövcudluğu və dəyəri problemə çevriləcəkdir”.

Beynəlxalq humanitar hüquqda müharibə aparılmasının metod və vasitələrini tənzimləyən normalar mühüm yer tutur. Müasir beynəlxalq humanitar hüquq ayn-ayn silah növlərindən və ya döyüş əməliyyatlan aparılmasının müəyyən metodlarından istifadə olunmasının qadağan edilməsini, yaxud məhdudlaşdırılmasını tənzimləyən beynəlxalq hüquqi normalara döyüşən dövlətlərin riayət etməsini nəzərdə tutan bir çox müddəaları özündə əks etdirir. Silahlı münaqişələrin ciddi reallıq kimi qalmaqda davam etməsinə baxmayaraq, bu münaqişələr zamanı tətbiq olunan zorakılıqlar qeyri-məhdud deyildir. Belə ki, müharibənin aparılması beynəlxalq humanitar hüququn ümumi prinsiplərinə tabe olmalıdır. Deməli, müharibənin məqsədlərinə çatmaqda döyüşən tərəflər müəyyən beynəlxalq qaydalarla məhdudlaşdırılmışlar. Bu qaydaların məqsədi — müharibənin reallığının imkan verdiyi dərəcədə onun öldürücü, dağıdıcı qüvvəsini zəiflətməkdən ibarətdir. 1899-cu ildə Haaqada beynəlxalq Sülh Konfransı keçirildi. Birinci Sülh Konfransının məqsədi yeni müharibələrin qarşısının alınması üçün şəraitin yaradılması idi. Konfrans beynəlxalq münsiflər məhkəməsində dövlətlərarası mübahisələri həll etmək və gələcəkdə sülhün mühafizəsi üçün yeni konfranslar çağırmaq yolu ilə məqsədinə çatmağa, yə’ni sülhə nail olmağa can atırdı. Konfrans məcburi arbitraj şərtlərini (M.Huber. Quelques considerations sur une reunion eventuelle des Conventions de La Haye relatives a la guerre// RICR-Jui!.1955.-p.430. 204) qəbul edə bilmədi. Konfransın əsas məqsədi sülhün qorunması olsa da orada hərbi əməliyyatlann apanimasına dair bir sıra təkliflər də müzakirə edildi. Konfrans zamanı “Quru müharibələrinin adət və qanunları haqqında” Konvensiya və ona Əlavə qəbul edildi. Konvensiyada digər məsələlərlə yanaşı, müharibə zamanı düşmənə ziyan yetirən metod və vasitələrin tətbiqi məsələləri barədə müddəalar da öz əksini tapmışdı. 1907-ci ildə Haaqada keçirilən II Sülh konfransı zamanı 1899-cu ildə qəbul edilmiş Konvensiya və Əsasnamə yenidən nəzərdən keçirildi. Əsasnamədə müharibə apanimasının metod və vasitələrinin məhdudlaşdınlmasına aid bir sıra müddəalar öz əksini tapmışdı. Əsasnamədə göstərilirdi ki, “düşmənə ziyan yetirilməsi vasitələrini seçməkdə döyüşən tərəflər qeyri-məhdud hüquqdan istifadə etmirlər (mad. 22). Xüsusi sazişlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən başqa aşağıdakılar da qadağan edilirdi:

a) zəhərdən istifadə etmə və ya silahı zəhərləmə;

b) düşmən qoşunu və ya əhalisinə mənsub olan şəxsləri xəyanətkarcasına öldürmə və ya yaralama;

c) silahı yerə qoymuş və ya başqa müdafiə vasitəsi olmayan təslim olan düşməni öldürmək və ya yaralama;

q) heç kəsə aman verilməyəcəyini elan etmə;

ğ) artıq əzab yetirməyə qadir olan silah, sursat və ya maddədən istifadə etmə;

d) parlamentyor bayrağı, düşmənin milli bayrağı, hərbi nişanlan və geyim formasından, həmçinin Cenevrə Konvensiyalarınin müəyyən etdiyi fərqləndirici nişanlardan qeyri-qanuni istifadə etmə;

j) hərbi zərurətdən irəli gələn hallar istisna olmaqla düşmən əmlakını dağıtmaq və ya zəbt etmə;

Əsasnamənin 25-ci maddəsinə əsasən müdafiə olunmayan şəhər, kənd, ev və ya tikililərə hər hansı üsulla hücum etmək və ya onlan bombalamaq qadağandır. Əsasnamənin 23-cü maddəsində “artıq” ifadəsi hərbi nöqteyi-nəzərdən heç bir səmərə gətirməyən, lakin artıq əzaba səbəb olan konkret döyüş vasitələrinə şamil edilir. Konvensiyanın bəzi müddəalarını şərh edərək F.Kalsxoven göstərir ki, 23b maddəsində işlədilən “xəyanat” ifadəsi ilə əlaqədar qeyd etmək lazımdır ki, sülhə qayıtmaq üçün zəruri olan etimadın əsasını sarsıdan hər cür əməl xəyanət hesab olunur. 23-cü maddənin “v”, “q”, bəndlərində, 25-ci maddədə nəzərdə tutulan əməllər xəyanətkarlığa görə deyil qəddarlığına, sivilizasiyanın minimum normalarına cavab vermədiyinə görə qadağan edilir. Məhz Haaqa konvensiyalannın müddəaları hər iki dünya müharibəsi zamanı döyüş əməliyyatlarının aparılmasının hüquqauyğunluğunun qiymətləndirilməsi üçün başlıca hüquqi baza rolunu oynadı. Nümberq Beynəlxalq Hərbi Tribunalının hökmündə göstərilirdi ki, 1907-ci il Quru müharibələri adət və qanunları haqqında Haaqa Konvensiyasına əlavə edilmiş Əsasnamə beynəlxalq adət hüququnun bir hissəsidir və bütün döyüşən dövlətlərin ona riayət etməsi məcburidir. 1907-ci il IV Haaqa Konvensiyası ilə müəyyənşdirilmiş normaya əsasən “döyüşən tərəflər düşmənə ziyan vurma vasitələrini seçməkdə qeyri-məhdud hüquqa malik deyillər”. I Əlavə Protokol bu müddəanı təsdiq etməklə bərabər bir qədər də inkişaf etdirdi. 35-ci maddənin 1-ci bəndində göstərilir ki, “hər hansı silahlı münaqişə zamam münaqişədə iştirak edən Tərəflərin müharibə apaniması metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir”.

Beləliklə, silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq müharibə aparılmasının metod və vasitələrini fərqləndirir. Beynəlxalq hüquq doktrinasında müharibə aparılması vasitəsi dedikdə, döyüşən tərəflərin silahlı qüvvələri tərəfindən düşmənə ziyan vurmaq və onu məhv etmək üçün tətbiq etdikləri silah və vasitələr başa düşülür. Metod dedikdə, isə müharibə aparılması vasitələrindən istifadənin qayda və üsulları başa düşülür. Müharibə apanimasmın metod və vasitələrinin məhdudlaşdınlması haqqında müddəalar öz başlanğıcını “Liber Məcəlləsi” və Sankt-Peterburq Bəyannaməsindən götürmüşdür. 1863-cü ildə Amerika Birləşmiş Ştatlarında Şimal ilə Gənub arasında vətəndaş müharibəsi getdiyi vaxt (1861-1865) prezident A.Linkoln “ABŞ-da səhra qoşunlan təlimatı”nı imzaladı. Təlimatın mətni Frensis Liber tərəfindən hazırlanmışdı. Liber alman mənşəli beynəl xalq hüquq üzrə mütəxəssis idi. Sonradan bu təlimat “Liber Məcəlləsi” adı ilə tanındı. Təlimatda quru müharibələrinin bütün aspektlərini nəzərdə tutan, o cümlədən müharibə aparılmasının metod və vasitələrini məhdudlaşdıran normalar öz əksini tapmışdı. Liber Məcəlləsi mahiyyət etiban ilə vətəndaş müharibəsi şəraitində tətbiq edilməsi nəzərdə tutulan dövlətdaxili sənəd idi. Lakin bu sənəd XDC əsrdə beynəlxalq səviyyədə müharibə adət və qanunlarının kodifikasiyası üçün böyük əhəmiyyətə malik oldu və gələcək hadisələrin inkişafına böyük təsir göstərdi. 1868-ci ildə Sankt-Peterburqda yaradılmış beynəlxalq komissiya beynəlxalq humanitar hüququn mütərəqqi inkişafında son dərəcə əhəmiyyəti olan bəzi nəticələr çıxartdı. Həmin nəticələr Bəyannamədə öz əksini tapdı.

Orada göstərilirdi ki, “sivilizasiyanın inkişafı imkan dərəcəsində müharibənin əzablarının yüngülləşdirilməsi ilə nəticələnməlidir”. “Müharibə zamanı dövlətin yeganə qanuni məqsədi düşmənin hərbi qüvvələrinin zəiflədilməsindən ibarət olmalıdır”. Bunun üçün isə “imkan dərəcəsində daha çox adamın suadan çıxan İması kifayətdir”. “Sıradan çıxmış düşmənə xəsarət yetirdikdən sonra onun əzablarının artırılmasına səbəb olan və ya onun ölümünü labüd edən silahın işlədilməsi, həmin məqsədlərə uyğun olmayan hesab edilməlidir”.

1. Müharibə aparılması vasitələrinin məhdudlaşdırılması Müasir beynəlxalq hüquqda müharibədə silahlann bəzi növlərinin tətbiqinin qadağan olunması haqqında normalar möcuddur. Müharibə aparılmasının müxtəlif vasitələrinin qadağan edilməsi və ya məhdudlaşdırılması tarixi proses kimi daim inkişafdadır. Biz aşağıda həmin vasitələrin ayrı-ayrı növlərinin hansı beynəlxalq hüquqi sənədlər əsasında məhdudlaşdırıldığı və ya qadağan edildiyi üzərində dayanacağıq.

A. Yandırıcı və partlayıcı güllələr Sankt-Peterburq müharibə apaniması vasitələrinin məhdudlaşdırılması barədə ilk beynəlxalq sənədin qəbul edildiyi yer kimi yadda qalmışdır. Belə ki, 1868-ci ildə burada “Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında” Bəyannamə qəbul edildi. Liber (Ведение военных действий. Сборник Гаагских конвенций и иных соглашений. М„ МККК. 1999. с. 253-254 207) Məcəlləsindən fərqli olaraq Sankt-Peterburq Bəyannaməsi müharibə aparılmasının ancaq spesifik bir cəhətini əhjatə edirdi. Digər tərəfdən Liber Məcəlləsi dövlətdaxili sənəd olduğu halda Peterburq Bəyannaməsi beynəlxalq müqavilə idi. Bəyannamə həmin dövrdə artıq real hərbi şəraitdə tətbiq olunmuş partlayıcı güllələrin qadağan edilməsini nəzərdə tuturdu. Düşmənin canlı qüvvəsinə qarşı tətbiq edilərkən partlayıcı güllələr adi güllələrdən heç bir üstünlüyə malik deyildi. Yəni onlar da adi güllələr kimi düşmənin ancaq bir döyüşçüsünü sıradan çıxarmaq (hors de combat) imkanına malik idi. Lakin bu cür güllənin vurduğu yara, adi güllədən qat-qat artıq olmaqla yaralının əzablannı əhəmiyyətli dərəcədə artınrdı. O zaman komissiya tərəfindən 400 qramdan yüngül partlayıcı sursatdan istifadə edilməsinin qadağan edilməsi məqsədəmüvafiq hesab edildi. Çəkicə daha ağır olan artilleriya sursatının (partlayıcı maddənin) qadağan edilməməsi onunla izah olunurdu ki, bu sursatın partlaması nəticəsində iki və daha artıq kombatantm ölümünə nail olmaq mümkün idi. Bu da artilleriya sursatının silahın başqa növlərinə aid olmasına dəlalət edirdi. Peterburq Bəyannaməsi qəbul edildikdən sonra elə həmin illərdə ingilis hərbi müəssisələri Kəlküttə yaxınlığında Dum-Dum adlanan yerdə insan bədəninə toxunduqda yastılaşan və nəticələrinə görə partlayıcı güllələrdən fərqlənməyən yeni güllələr istehsal etdilər. İstehsal yerinə görə bu güllələri “dum-dum” adlandırdılar.

Bir çoxlan belə hesab edirdi ki, Peterburq Bəyannaməsi həmin güllələrə şamil olunur və onların tətbiqini qadağan edir. Lakin Britaniya hökuməti həmin güllələrin texniki cəhətdən partlayıcı və yandıncı olmadığına əsaslanıb Peterburq Bəyaannaməsinin onlara şamil olunmadığını iddia edirdi. Ona görə, Haaqa Konfransında 29 iyul 1899-cu il tarixli “Asanlıqla istiqamətini dəyişən və insan bədənində yastılanan güllələrin istifadə olunmaması haqqında” III Haaqa Bəyannaməsi qəbul edildi. Həmin güllələrə sərt örtüklə tam örtülməyən, yaxud kəsikləri olan güllələr də aid edilirdi. Bu güllələrin xüsusiyyəti onda idi ki, onlar insan bədəninə düşdükdə genişlənib yastılaşır və partlayıcı güllələr kimi yaralar əmələ gətirir. Qeyd etmək lazımdır ki, hazırda bir çox dövlətdə istifadə edilən güllələrin məhz həmin xüsusiyyətlərə malik olmasma baxmayaraq, onlardan istifadə olunmasına yol verilməsi barədə tənqidi mülahizələr söylənilir. N.T.Blatova və Q.M.Melkov tərəfindən tərtib olunmuş “Международное право в документах” adlı dərs vəsaitində qeyd olunur ki, Rusiyada istifadə olunan 5,45 mm kalibrli (Kalaşnikov sistemli AK-74 avtomat üçün) , ABŞ və NATO-da istifadə olunan 5,65 mm kalibrli güllələr (ABŞ və NATO-nun M-16 vintovkası üçün) məhz müharibə aparılmasınm 1899-cu il Bəyannaməsi ilə qadağan olunmuş vasitələrinə aiddir. Çünki həmin güllələr lülənin kanahndakı kəsiklərdən keçərkən möhkəmliyini itirir, onlarda “kəsiklər” əmələ gəlir və uçuşun qeyri-sabit ballistikası nəticəsində insan bədəninə düşdükdə istiqamətini dəyişərək insana bir qayda olaraq ölümlə nəticələnən böyük xəsarət yetirir. Bundan başqa Rusiyanın hərbi arsenalında 5,45 mm yerini dəyişmiş ağırlıq mərkəzli güllələrdən istifadə olunur. Onlar insan bədəninə düşdükdə nəinki istiqamətini dəyişir, həm də qəlpələrə (2-4) bölünür və müxtəlif istiqamətlərə hərəkət edərək yaralının ölümünü labüd edir. Müharibə apanimasının bu vəhşi vasitələri arsenaldan götürülməli və məhv olunmahdıг. Bu fikir 1999-cu ildə nəşr olunmuş “Международное публичное право” dərsliyində qeyd olunmuşdur. l.l.Lukaşuk bu məsələyə bir qədlər fərqli yanaşaraq göstərir ki, həmin güllələrin qadağan olunması və ya məhdudlaşdıniması məsələsi 1981-ci il BMT Konvensiyası hazırlanarkən müzakirə olunmuş, lakin razılıq əldə olunmamışdır. Ona görə də, həmin məsələ hal-hazıra kimi tənzimlənməmiş qalmışdır.

B. Zəhərli silahlar Hərbi məqsədlərlə zəhərdən istifadə olunmasına mənfi münasibət hələ qədimdən mövcud olmuşdur. Qədim Hind Manu qanunlannda zəhərdən döyüş vasitəsi kimi istifadə olunması yolverilməz hesab olunurdu. Helə Qədim Roma hüquqşünasları elan edirdilər ki, müharibə zəhərlə deyil, silahla aparılır (armis non veneno-zəhər yox, silah). 1907-ci il IV Haaqa Konvensiyası da zəhərdən müharibə aparılması vasitəsi kimi istifadə etməyi qadağan etdi. E.David zəhərdən istifadə olunmasının qadağan edilməsi bəzi silahların qadağan edilməsinin məntiqi nəticəsi kimi qiymətləndirir. O, həmin silahlara aşağıdakılan aid edir:

— ölümü mütləq edən silahlar: bəzi zəhərlər müəyyən dozada bü cür qüvvəyə malikdirlər;

— artıq əzab yetirən silahlar: bu cür vasitədən istifadə etmək nəticəsində vurulmuş yara onsuz da sıradan çıxarılmış döyüşçünün heç bir faydası olmadan əzablarını artırır;

— qeyri-seçim xarakterli silahlar: bə’zi hallarda zəhərlər heç bir fərq qoymadan hərbi qulluqçuları və mülki şəxsləri zəhərləyir.

V. Kimvəvi və bakterioloii silahlar Kimyəvi silahın ilk dəfə geniş miqyasda tətbiqi Birinci Dünya Müharibəsi illərində baş vermişdir. 1915-ci ildə İpr çayı yaxınlığanda alman qoşunlan fransız qoşunlarına qarşı hücumda qazdan istifadə etdilər. (İprip qazı öz adını buradan götürmüşdür) Sonradan hər iki tərəf qazdan dəfələrlə istifadə etmiş və bu da böyük itkilərə səbəb olmuşdu. Qazların tətbiqi mövcud normalara, xüsusən zəhərli maddələrdən istifadə olunmasını qadağan edən normalara zidd idi. 17 iyun 1925-ci ildə Cenevrədə çağınlan Konfransda “Boğucu, zəhərli və digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında” Protokol imzalandı.Protokol boğucu, zəhərli və digər bu cür qazların, həm də analoji mayelərin, maddələrin və proseslərin tətbiqini qadağan edildiyini və həmin qadağanın bakterioloji vasitələrə də şamil edilməsini öhdələrinə götürürdülər. Qazlar kimyəvi silahın bir növüdür. Bakterioloji(bioloji) silah kimi kimyəvi vasitələr onunla fərqlənirlər ki, müstəsna olaraq canlıya- adamlara, heyvanlara və bitkilərə təsir göstərir. Kimyəvi silahlar öldürücü, sıradan çıxaran və qıcıqlandıncı ola bilər. Bütövlükdə protokol kifayət qədər səmərəli idi. Buıia baxmayaraq zəhərli qazlardan istifadənin ayn-ayn hallan mə’lumdur. Həbəşistana müdaxilə zamanı İtaliya (1935-1936), Çində Yaponiya (1937-dən başlayaraq), İrana qarşı müharibədə İraq (1980-1988) zəhərli qazlardan istifadə etmişdir. Bakterioloji silahdan Çinə qarşı müharibədə Yaponiya istifadə etmişdir. Tokio və Xabarovskdakı hərbi tribunallar bu əməlləri hərbi cinayət kimi tövsif etmişlər. 10 aprel 1972-ci ildə qəbul edilmiş “Bakterioloji (bioloji) və zəhərli (toksinli) silahlann işlənib hazırlanması, istehsal olunması və ehtiyata toplanmasının qadağan olunması və onlann məhv olunması haqqında” Konvensiya* bakterioloji və kimyəvi silahlann tətbiqinin qadağan olunması sahəsində mühüm rol oynamışdır. Konvensiya 1997-ci ildə qüvvəyə minmişdir. Kimyəvi silah kimi bakterioloji silah da ancaq canlı materiayanı məhv edir, lakin birincidən fərqli olaraq, o, çoxalmaq və adamları, heyvanları və bitkiləri məhv edən toksinlər ayırmaq qabiliyyətinə malik canlı orqanizmlərdən ibarət olur.

Həmin silahın tətbiqinin qadağan olunması ilk növbədə onun təsirinin qeyri-seçim xarakterinə əsaslanır. Konvensiya iştirakçıları mənşəyi və ya hazırlanması metodundan asılı olmayaraq profilaktiki, mühafizə və ya digər dinc məqsədi olmayan mikrobioloji və ya digər bakterioloji agentləri və toksinləri, bu cür agent və toksinlərin düşmənçilik məqsədi və ya silahlı münaqişələr zamanı istifadəsi üçün nəzərdə tutulan silah, avadanlıq və daşıma vasitələrini heç vaxt və heç bir halda hazırlamamağı, istehsal etməməyi, toplamamağı, hər hansı başqa formada əldə etməməyi və saxlamamağı öhdələrinə götürürlər (mad.1).

İştirakçı dövlətlər eyni zamanda malik olduqları və yurisdiksiyasında və ya nəzarəti altında olan yuxanda göstərilən bütün agent, toksin, silah, avadanlıq və onlann nəqliyyat vasitələrini Konvensiya qüvvəyə minəndən doqquz ay müddətində məhv etməyi və ya dincə məqsədlə istifadə üçün dəyişməyi öhdələrinə götürmüşlər (mad. 2).

Bütün agent, toksin, silah, avadanlıq və onların nəqliyyat vasitələrinin heç kimə verməməyi və heç bir dövlətə və təşkilata onlann istehsalı və əldə edilməsində yardım etməməyi öhdələrinə götürmüşlər (mad.3).

Dövlətlər həmçinin, konstitusiya proseduralan çərçivəsində bütün agent, toksin, silah, avadanlıq və onların nəqliyyat vasitələrinin qadağan edilməsi və hazırlanması, istehsalı, yığılması və ya saxlanmasının qarşısının alınması üçün müvafiq tədbirlər görəcəkləri barədə razılığa gəlmişlər (mad. 5).

Hər hansı Dövlətin bioloji və ya bakterioloji hücumun obyekti olmasını Təhlükəsizlik Şurası tanıdığı hallarda həmin dövlətə kömək göstərilməsi məsələləri də Konvensiyada öz əksini tapmışdır. Konvensiya beynəlxalq humanitar hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislərin tədqiqat obyektinə çevrilmiş və bu sahədə bir sıra mütərəqqi fikirlər irəli sürülmüşdür.

L.İ.Lukaşuk Konvensiyanın normalarının mütərəqqi hal kimi qiymətləndirməklə yanaşı Konvensiya müddəalarının realizasiyası, xüsusən də toplanmış silah növlərinin məhv edilməsində əhəmiyyətli çətinliklərin olacağını qeyd etmişdir. Kimyəvi silahların məhdudlaşdırılması sahəsində Tərksilah üzrə Konfrans tərəfindən 13 yanvar 1993-cü ildə qəbul edilmiş “Kimyəvi silahların işlənib hazırlanması, istehsal edilməsi, ehtiyatmın yığılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv olunması haqqında” Konvensiya da mühüm əhəmiyyət kəsb edir.

Konvensiya 1997-ci ilin aprelində qüvvəyə minmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən Konvensiya iştirakçısı olan hər bir dövlət öhdəsinə götürür ki, heç bir zaman və heç bir halda kimyəvi silahı hazırlamayacaq, istehsal etməyəcək, digər tərzdə əldə etməyəcək, toplamayacaq və ya saxlamayacaq və ya kim olursa olsun kimyəvi silahı ona düzünə və yanakı qaydada verməyəcəkdir; b) kimyəvi silahı tətbiq etməyəcəkdir; v) kimyəvi silahı tətbiq etmək üçün hər hansı hərbi hazırlıq görməyəcək; q) həmin Konvensiya üzrə iştirakçı dövlətlərə qadağan olunmuş hər hansı fəaliyyətin həyata keçirilməsində kiməsə hər hansı tərzdə kömək etməyəcək, yardım göstərməyəcək və ya buna sövq etməyəcək. Eyni zamanda hər bir iştirakçı dövlət onun mülkiyyətində və ya sahibliyində və ya hər hansı yerdə onun yurisdiksiyası və ya nəzarəti altında yerləşdirilmiş kimyəvi silahları məhv etməyi öhdəsinə götürmüşdür. Hər bir iştirakçı dövlət həmçinin başqa iştirakı-dövlətin ərazisində yerləşdirdiyi kimyəvi silahları məhv etməyi də öhdəsinə götürmüşdür. Konvensiya milli və beynəlxalq nəzarətin mürəkkəb sistemini, o cümlədən kimyəvi silahın qadağan olunması üzrə xüsusi beynəlxalq təşkilat yaradılmasını nəzərdə tutmuşdur.

O. Adi silahlar 10 oktyabr 1980-cı ildə BMT-nin xüsusi konffansmda “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında” Konvensiya və ona üç Əlavə Protokol qəbul edildi. Konvensiya 2 dekabr 1983-cü ildə Əlavə Protokollarla birlikdə qüvvəyə mindi. Konvensiyada bir neçə məhdudiyyət-nüvə, kimyəvi və bakterioloji silahların qadağan olunması nəzərdə tutulmuşdur. Mühüm əhəmiyyətə malik olan normalar üç protokolda öz əksini tapmışdır. I Protokol aşkar olunmayan qəlpələrə malik partlayıcı maddələrin qadağan edilməsinə, (Protokol mina, mina-tələ və digər eyni xarakterli qurğulann tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdınlmasına), III Protokol isə yandıncı silahlann qadağan edilməsi və ya məhdudlaşdırılmasına həsr olunmuşdur. Əsas müddəaların Konvensiyanın özündə deyil və protokollarda nəzərdə tutulması onunla əldaqədar idi ki, Konfransın gedişində (1979-1980) iştirakçı dövlətlərin Konvensiyaya daxil edilən qadağan və məhdudiyyətlərin hamısı ilə razılaşacaqları məlum deyildi. Ona görə də, ayrı-ayrı məhdudiyyətlər növlər üzrə qruplaşdınlıb müxtəlif protokollara daxil edilmişdir ki, hər bir iştirakçı dövlətin arzusundan asılı olaraq istədiyi Protokolu imzalamağa imkanı olsun. Belə halda müəyyən qadağan və məhdudiyyətlərlə razılaşmayan dövlətin digərini imzalamağa imkanı olurdu.

Ğ. Aşkar olunmayan qəlpələr I Protokol vahid bir müddəadan ibarətdir Orada göstərilir ki, əsas tə’siri insan bədənində rentgen şüalarının köməyi ilə aşkar edilməyən qəlpələrlə xəsarət yetirmək olan hər hansı silahın tətbiqi qadağan olunur. Həmin qadağan ilk növbədə həddən artıq xəsarət yetirilməməsi prinsipinə əsaslamr. Protokol ilk növbədə plastmas minaların tətbiqinin qadağan edilməsini nəzərdə tuturdu.

D. Mina, mina-tələ, bu cür digər qurğular Silahlı münaqişələr təcrübəsi gösterir ki, mina, mina-tələlərin tətbiqi mülki əhali üçün nə qədər təhlükəlidir. Lakin onlar özlərinin ucuz başa gəlməsi və yerləşdirilməsinin sadəliyinə görə geniş yayılmışdır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə