Əlilliyi olan şəxslər ehtiyac duyduqları vasitələri bir zənglə əldə edəcək

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. ) ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə