Beynəlxalq Hava Limanı koronavirusa görə tədbirlərini genişləndirir

Heydər Əliyev Beynəlxalq Aeroportunun işçi heyəti koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığını nəzərə alaraq, gözləmə zallarındakı oturacaqlarda sosial məsafənin saxlanması ilə bağlı elanlar yerləşdirib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan SİA-ya verilən məlumata görə, hava limanı sərnişinlərdən bu məsafəni qorumağı, özünü və ətrafdakıları təhlükəyə atmamağı xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə