DANX əməkdaşlarının iş rejimi dəyişdirilib

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) aparatının, onun tabeli və yerli qurumlarının əməkdaşlarının iş rejiminin dəyişdirilməsinə, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə iclas və müşavirələrin audio və videokonfrans formatında keçirilməsinə başlanılıb. DANX-dan SİA-ya bildirilib ki, Azərbaycanda müəyyən edilmiş qeyri-iş günlərinin şamil edilmədiyi dövlət orqanları və qurumları sırasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi tabeli qurumları, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidməti aparatı və 11 regional bölməsi mövcuddur. Vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər də zərurət olduğu təqdirdə onlayn rejimdə işə cəlb olunacaq. Bu məqsədlə bütün əməkdaşların fərdi kompüter və mobil telefonlarına distant müzakirələrə icazə verən müvafiq proqram təminatı əlavə edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə