İşğal edilmiş ərazilərdə mülki əhalinin hüquqları və Ermənistanın etnik təmizləmə siyasəti

İşğal edilmiş ərazidə himayədə olan şəxslər nə bu ərazinin işğalı nəticəsində oradakı qurumlarda və ya onlann idarəçiliyində baş verən hər hansı dəyişikliklərə görə, nə işğal edilmiş ərazinin və işğalçı Dövlətin hakimiyyət orqanları arasında bağlanan sazişlərə görə, nə də işğal edilmiş ərazinin işğalçı dövlət tərəfindən tamamilə və ya qismən ilhaq edilməsinə görə Konvensiyanın verdiyi üstünlüklərdən heç bir halda və heç bir şəkildə məhrum edilə bilməz . Səbəblərindən asılı olmayaraq, himayədə olan şəxslərin işğal edilmiş ərazidən işğalçı Dövlətin ərazisinə və ya işğal edilib-edilməməsinə baxmayaraq hər-hansı digər dövlətin ərazisinə fərdi və ya kütləvi surətdə qovulması, habelə deportasiya edilməsi qadağandır. Lakin əhalinin təhlükəsizliyi və ya əsash hərbi mülahizələr tələb etdikdə işğalçı dövlət müəyyən ərazidən tamamilə və yä qismən köçür məni həyata keçirə bilər. Belə köçürmələr zamam himayədə olan şəxslər yalnız işğal edilmiş ərazilərin içərilərinə köçürülə bilər, lakin bunun əməli cəhətdən mümkün olmadığı hallar istisna təşkil edir. Bu qaydada köçürülmüş şəxslər həmin ərazidə döyüş əməliyyatlan başa çatan kimi öz evlərinə qaytanimalıdırlar. İşğalçı Dövlət bu cür yerdəyişmələri və ya köçürmələri həyata keçirərkən himayədə olan şəxsləri lazımi yaşayış yerləri ilə tə’min etməlidir. Bu yerdəyişmələr təhlükəsizlik, gigiyena, sağlamlıq və qida baxımından qənaətbəxş şəraitdə həyata keçirilməli və eyni ailənin üzvləri ayn salınmamalıdır. Əhalinin təhlükəsizliyinin və ya əsaslı hərbi mülahizələrin tələb etdiyi hallar istisna ollmaqla, işğalçı dövlət himayədə olan şəxsləri müharibə təhlükəsinə daha çox mə’ruz qalan ərazidə saxlaya bilməz . İşğalçı dövlət himayədə olan şəxsləri öz silahlı və ya köməkçi qüvvələrinə xidmət etməyə məcbur edə bilməz. Orduya könüllü surətdə daxil olmağa yönəldilmiş təzyiq və ya təbliğat qadağandır. İşğalçı dövlət yalnız yaşı 18-dən çox olan himayədə olan şəxsləri məcburi işə göndərə bilər, özü də yalnız ya işğalçı ordunun ehtiyaclan üçün zəruri olan, ya da kommunal xidmət müəssisələri, tutulmuş ərazinin əhalinin qidası, mənzili, paltarı, nəqliyyatı və sağlamlığı ilə bağlı işə göndərə bilər. Himayədə olan şəxslər onlan hərbi əməliyyatlarda iştiraka sövq edən hər hansı işi görməyə məcbur edilə bilməzlər. İşğalçı dövlət himayədə olan şəxslərdən onlara həvalə olunmuş işi yerinə yetirdikləri yerlərin təhlükəsizliyini tə’min etmək üçün güc işlətməyi tələb edə bilməz. İş yalnız həmin şəxslərin olduqlan işğal edilmiş ərazidə yerinə yetirilməlidir. Hər bir şəxs mümkün qədər özünün adi iş yerində saxlanılmalıdır. İşçilərə ədalətli əmək haqqı ödənilməli və iş onlann fiziki və əqli qabiliyyətinə uyğun gəlməlidir. Əməyin bu cür tətbiqi heç bir halda işçilərin hərbi və ya yanmhərbi xarakterli təşkilatlara səfərbər edilməsinə səbəb olmamalıdır. İşğalçı Dövlət mümkün olan bütün vasitələrlə əhalini ərzaq və tibbi materiallarla təchiz etməlidir. Xüsusən, o, işğal edilmiş ərazidə ehtiyatlar çatışmadıqda zəruri ərzaq, tibbi materiallar və digər predmetlər gətirməlidir . İşğalçı Dövlət mümkün olan bütün vasitələrlə, milli və yerli hakimimyyət orqanları ilə əməkdaşlıq etməklə, işğal edilmiş ərazidə tibbi 191 və xəstəxana müəssisələrinin və xidmətlərin fəaliyyətini və ictimai sağlamlığı və gigiyenanı tə’min etməli və saxlamalı, xüsusən yoluxucu xəstəliklərin və epidemiyalann yayılması ilə mübarizə üçün zəruri profilaktiki və qabaqlayıcı tədbirləri qəbul və tətbiq etməlidir (mad. 56). İşğalçı dövlət din xadimlərinin öz dini icmalannın üzvlərinə ruhi yardım göstərməsinə icazə verməlidir. Bu zaman dini ehtiyaclann ödənilməsi üçün nəzərdə tutulmuş kitablardan və predmetlərdən ibarət bağlamalar qəbul edilməli və onlann işğal edilmiş erazidə paylanmasına kömək göstərilməlidir. İşğal edilmiş ərazinin əhalisi bütövlükdə və ya qismən lazımi qədər təchiz edilmədikdə işğalçı dövlət əhaliyə yardım tədbirləri göstərilməsinə razılıq verməli və buna kömək etməlidir. Yardımlar həm fərdi, həm də kollektiv surətdə göstərilə bilər. Bu zaman yardımların göstərilməsi üçün güzəştli qaydalar müəyyənləşdirilməlidir . İşğal edilmiş ərazinin cinayət qanunvericiliyi işğalçı Dövlətin təhlükəsizliyi üçün qorxu törətdikdə və ya konvensiyamn tə’biqinə mane olduqda onun işğalçı dövlət tərəfindən ləğv edildiyi və ya qüvvəsinin da- yandınldığı hallar istisna olmaqla, həmin qanunvericilik qüvvədə qalır. İşğal edilmiş erazinin məhkəmə orqanları həmin qanunvericilikdə nəzərdə tutulmuş bütün əməllərin törədildiyi hallarda öz funksiyalanmn icrasını davam etdirməlidirlər. Lakin işğalçı Dövlət işğal edilmiş ərazinin əhalisini özünün Konvensiya üzrə öhdəliklərini yerinə yetirmək, ərazidə normal idarəçiliyi saxlamaq və təhlükəsizliyi tə’min etmək üçün əhəmiyyətli dərəcədə zəruri olan qərarlan yerinə yetirməyə məcbur edə bilər. Eyni zamanda işğalçı Dövlət işğal olunmuş ərazidə yerləşən qeyri-siyasi hərbi məhkəmələr yaratmaq səlahiyyətinə malikdir. Məhkəmələr yalnız qanuni qaydada qəbul edilmiş, hüquq pozuntusu törədilənədək qüvvədə olmuş və hüququn əsas prinsipinə, xüsusən cəzanın əmələ müvafiqliyi prinsipinə uyğun gələn qərarlar tətbiq edə bilərlər . Konvensiya işğal olunmuş ərazilərdə yaşayan mülki şəxslərə cəza tətbiq olunması və həbs müddətinin hesablanması qaydalannı da tənzimləyir. İşğalçı Dövlət himayədə olan şəxsləri, müharibə qanunlarının və adətlərinin pozulduğu hallar istisna olmaqla, işğaldan qabaq törətdikləri əməllərə görə tə’qib və mühakimə edə bilməz. Konvensiya ədalət mühakiməsinin prinsiplərini, müdafiə hüququnu, məhkəmənin qərarlarından şikayət verilməsi hüququnu, ölüm cəzası nın tətbiqi və həbsdə saxlanıianlarla rəftar məsələlərini də tənzimləyir.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.

Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır.

Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən “erməni amili”ndən siyasi alət kimi istifadə etmişdir.

1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı.

Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı.

Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828-1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür.

Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı.

Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”. Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur.

Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular.

Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi.

Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 51 faizini təşkil etmişdir.

1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur.

Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi).

İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “Böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-ci illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Belə ki, Birinci Dünya müharibəsi illərində də çarizmin himayəsinə sığınan ermənilər azərbaycanlılara qarşı qırğınları davam etdirməyə başladılar.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil.

Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə erməni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insanların hər cür zorakılığa məruz qalaraq qəddarlıqla qətlə yetirilməsi və həmin məzarlığın sonradan kütləvi şəkildə basdırılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir.

Onu da qeyd emək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir. Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir.

Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir.

Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü.

Bununla da, Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ilk rəsmi cəhd edildi. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, daşnakların tutduğu mövqe bu təkliflərin həyata keçməsinə mane oldu.

Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan respublikaları arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi.

Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozmuş və Azərbaycan ərazilərinə öz qoşunlarını göndərərək azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı. Lakin Xalq Cümhuriyyətinin süqutunda da az rol oynamayan daşnakların bu ərazi iddiaları Azərbaycan sovetləşəndən sonra yenidən ortaya atıldı.

Bunun davamı olaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi.

Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) ermənilər tərəfindən əsir götürülmüş, 33 nəfər güllələnmiş, eyni zamanda, öldürülmüş və yaralanmış sakinləri bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir.

Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir. Yuxarıda qeyd olunan faktlar, daha dəqiq desək dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, işğalçı Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa edir.

2002-ci il fevralın 25-də ulu öndər Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

Azərbaycan Parlamenti də bu sahədə mühüm addımlar atmışdır. Belə ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə etmiş və bu gün də etməkdədir. Bu bir həqiqətdir ki, ölkə parlamentində Xocalı soyqırımının tanınması və Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ-hüquqi sənədlər, müraciət və bəyanatlar qəbul edilmiş, eyni zamanda soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün çoxsaylı təbliğat tədbirləri həyata keçirilmişdir.

Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycan¬lıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquq ictimaiyyəti tərəfindən araşdırılmalı və ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə daim səsləndirilməlidir. Bu baxımdan, dövlət və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə razılaşdırılmış fəaliyyət planının hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə