“KÜR” qəzeti bir ilkə imza atdı - FOTOLAR

“Kür” region qəzetləri içərisində dövriliyinə və tirajına görə fərqlənən mətbu orqandır. Hər zaman ölkə başcısının uğurlu daxili və xarici siyasətini oxuculara çatdıran, nəşr edildiyi bölgənin həyatının güzgüsü rolunu yerinə yetirən qəzetin kollektivi Covid-19-la mübarizəyə başlanan ilk gündən Şəhər İcra Hakimiyyətində yaradılmış Qərargahın həyata keçirdiyi bütün tədbirlərin təbliğatçısına, iştirakçısına çevrilmişdir.

Məhz bu günlərdə “Kür” qəzetinin koronavirusla mübarizə istiqamətində rayonda görülən operativ tədbirlərə, virusdan qorunmağın vacibliyinə, profilaktikasına həsr olunmuş xüsusi bülleteni xəstəliklə mübarizədə özünəməxsus təbliğat materialı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri xüsusi buraxılışda manşetə çıxarılmışdır. ”Əminəm ki, biz dünyanı bürümüş,pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir”.

Günün əsas şüarlarının əks olunduğu “ Bəşəriyyət və insanlıq naminə evdə qal”, “Evdə qal və bu sınaqdan üzüağ çıx”, ”Müddətli qadağalara əməl edək ki,müddətsiz evdə qalmağa məcbur olmayaq” çağırışları altında Nazirlər Kabinetinin xüsusi karantin rejimi barədə qərarının, Yevlax Şəhər İcra Hakimiyyətinin sakinlərə müraciətinin, virusla bağlı bilinməsi vacib məsləhətlərin,Yevlaxda həyata keçirilən işlərin,yerli polis əməkdaşlarının, tibb işçilərinin, YAP könüllülerinin, bir sıra əlaqədar təşkilatların bu kampaniyadakı rolunun əks olunduğu materialların, bunlarla bağlı sakinlərin rəylərinin yer aldığı bülleten, həm də şəkillərlə diqqət çəkir.

-Bütün dünyanı lərzəyə salan,ölkələrdə həyat ritmini pozan yeni növ COVİD-19-a qarşı mübarizə bu gün hər bir insanın vəzifəsinə çevrilmişdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi altında şəhərimizdə bu istiqamətdə kifayət qədər çox işlər görülür və müntəzəm surətdə davam etdirilir.

Hamımız şahidik ki,pandemiyaya qarşı mübarizədə medianın rolu böyük və əvəzsizdir. Odur ki,biz də kənarda qalmadıq və bütünlüklə virus,ondan qorunma yolları,qarşısının alınması məqsədilə rayonda həyata keçirilən işlər haqqında materialların yer aldığı 2000 nüsxədən artıq xüsusi bülleteni hazırlayıb könüllülərin köməyi ilə şəhərdə evlərə, qəsəbə və kəndlərə çatdırdıq, - deyən qəzetin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı onu da bildirmişdir ki, qəzetin əməkdaşları bu istiqamətdə maarifləndirici işləri davam etdirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə