Virus neçə dərəcədə məhv olur? YENİLİK

Honqkonq universitetinin alimləri koronavirusun 4 dərəcə temperaturda uzun müddət yüksək stabillliklə qaldığını təyin ediblər. SİA xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" yazır.

Otaq hərarətində isə, virus həftə ərzində ən yüksək səviyyədə yaşaya bilər. Alimlər aşkar ediblər ki, virus infeksiyası yalnız 30 dəqiqə ərzində 56 dərəcədə, yaxud 70 dərəcə hərarətdə 5 dəqiqəyə məhv ola bilər.

Təsdiq olunub ki, virus tibbi maskaların səthində 7 günə qədər qala bilər və maskaların mütləq dezinfeksiya olunması vacibdir. Dezinfeksiya üçün istənilən xlor tərkibli vasitələr istifadə eidlə bilər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə