Hacıbala Abutalıbov da ianə etdi

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 91 milyon 442 min 445 manata çatıb. SİA-nın verdiyi məlumata görə, Fonda həm fiziki (2641), həm də hüquqi şəxslər (115) ianə edib.

Məlumat üçün bildirək ki, Fonda ianə edən fiziki şəxslər arasında tanınmış insanlar - ictimai-siyasi xadimləri, dövlət qulluğunda çalışanlar və eyni zamanda elm və mədəniyyət nümayəndələri kifayət qədərdir.

Diqqət çəkən məqamlardan biri də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbovun ianə edənlər arasında olmasıdır. Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı, Dahi siyasətçinin daimi dəstəkçisi olan H.Abutalıbov 37.200 manat vəsaiti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçirməklə dünyanı ağuşuna almış təhlükəli xəstəliyə qarşı mübarizə kampaniyasına qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə