Koronavirusla mübarizəyə kimlər və nə qədər ianə edib? - SİYAHI

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri 91 milyon 442 min 445 manata çatıb. SİA-nın verdiyi məlumata görə, Fonda həm fiziki (2641), həm də hüquqi şəxslər (115) ianə edib.

Fiziki şəxslər arasında ən yüksək ianə hələ də Qod Nisanovun adı ilə bağlıdır – 2 milyon manat.

Fiziki şəxs olaraq ianə edənlər arasında məmurlarımızın sayı artıb. Belə ki:

1. Hacıbala Abutalıbov (Baş nazirin keçmiş müavini) - 37.200,

2. İsmət Abbasov (Baş nazirin müavini) - 5 min,

3. Məleykə Abbaszadə (DİM sədri) - 8 min,

4. Muxtar Babayev (Ekologiya və Təbii Sərvətlər naziri) – 3 min,

5. Sahil Babayev (Əmək və Əhalinin Sosial Müdafiəsi naziri) – 3951,

6. Eyyub Yaqubov (Baş nazirin birinci müavini) – 9 min,

7. Natiq Əmirov (Prezidentin köməkçisi) – 10 min,

8. Səfər Mehdiyev (Gömrük Komitəsinin sədri) – 10 min,

9. Yəhya Musayev (Müdafiə sənayesi nazirinin müavini) – 10 min,

10. Əbülfəs Qarayev (Mədəniyyət naziri) – 5 min,

11. Cavid Qurbanov (Azırbaycan Dəmir Yolları ASC-nin sədri) – 10 min

12. Oqtay Şirəliyev (Səhiyyə naziri) – 10 min

13. Əli Əsədov (Baş nazir) – 10 min manat,

14. Şahin Mustafayev (Baş nazirin müavini) - 3090 manat,

15. Mədət Quliyev – Müdafiə Sənayesi naziri – 17,165 manat,

16. Ceyhun Bayramov (Təhsil naziri) - 10 min,

17. Elman Rüstəmov – 6800 manat,

18. Aftandil Babayev (Mərkəzi Bank sədrinin müavini) - 2,500 manat,

19. Əli Həsənov (Sabiq baş nazir müavini) - 5 min dollar,

20. Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) - 10.460 manat,

21. Mübariz Qurbanlı (Dini İşlər üzrə Komitənin sədri) - 2500 manat,

22. Mübariz Əhmədzadə (Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı) - 2 min

23. General Kərəm Mustafayev – 6686 manat.

Millət vəkilləri Ziyafət Əsgərov (4 min), Nizami Cəfərov (3.500), Qənirə Paşayeva (2.800), Zahid Oruc və Qüdrət Həsənquliyev (hərəsi 500) və s. də siyahıda ilk baxışdaca gözə dəyən tanınmış simalardır.

Sənət adamlarında Röya Ayxan 10 min, Mənsum İbrahimov isə min manatla siyahıya adlarını yazdırıblar.

Tanınmış aparıcı Zaur Baxşəliyev də 3 min manat ianə ilə koronavirusa qarşı mübarizəyə öz dəstəyini göstərib.

Ən maraqlı məqam isə keçmiş deputatlarla bağlıdır. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı Çingiz Əsədullayev 10 min köçürübsə, sabiq deputat və ictimaiyyətdə kifayət qədər tanınan sima olan Nazim Bəydəmirli 1 (bir) manat ianə verib.

Qeyd edək ki, kiçik məbləğlər ödəsələr belə, əslində, bu kampaniyaya qoşulduğunu nümayiş etdirən və dövlətimizin koronavirusla mübarizəsinə ictimai dəstək verən tanınmışlar da, sadə vətəndaşlarımız da kifayət qədərdir.

Bundan başqa, xalq artisti Alim Qasımov 1500, aparıcı Xoşqədəm Hidayətqızı 1000, deputat Cavanşir Feyziyev 20 min manatla kampaniyaya qoşulub.

İki sabiq – BDU-nun keçmiş rektoru Abel Məhərrəmov (3 min) və Prezident katibliyinin rəisi Dilarə Seyidzadə də (2 min) kənarda qalmayıb.

Daha bir diqqətçəkici ianə Nigar Arpadaraidir. Yeni seçilən deputat, digər həmkarlarından fərqli olaraq, Fonda 300 manat köçürüb.

Ən maraqlı isə tanınmış jurnalist Rey Kərmioğluna aiddir. İmkanlarının məhdudluğuna baxmayaraq, həmkarımız 50 manatla koronavirusa qarşı mübarizəyə dəstəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə