Erməni epidemioliq koronavirusdan ÖLDÜ

Moskvanın “Novomoskovsk” çoxprofilli tibbi mərkəzində erməni mənşəli epidemioloq, professor Arpik Asratyan ölüb. SİA xəbər verir ki, “Moskovskiy Komsomolets” nəşrinin yazdığına görə, qadın daha əvvəl Seçenov universitetinin epidemioloji instutunda professor işləyib.

69 yaşlı qadın Qərb dairəsindəki mənzilindən xəstəxanaya qaldırılıb. Əvvəlcə onu yüksək hərarətlə və çətin nəfəsalma ilə 68 saylı şəhər xəstəxanasına aparıblar.

Məlumata görə, onun halı yaxşılaşmayıb və cümə günü pasienti Kommunarka xəstəxanasına aparıblar və orada qadına təxmini koronavirus diqanozu qoyulub. Bundan bir neçə saat sonra isə Asratyan ölüb.

Maraqlıdır ki, Arpik Asratyan tibb elmləri namizədi olmaqla yanaşı, həm də hepatit viruslarının müalicəsi ilə bağlı yüksək mütəxəssis olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...