"COVİD-19 peyvəndi üçün minimum 12-18 ay gözləmək tələb olunacaq" ÜST-ün baş direktoru

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun (COVİD-19) yeni peyvəndi üçün minimum 12-18 ay gözləmək tələb olunacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,

Dünyada yarım milyon insanın COVİD-19-a yoluxduğunu, 20 mindən çox insanın virusa görə dünyasını dəyişdiyini deyən Qebreyesus bunu faciəvi rəqəm adlandırıb: “Amma unutmayaq ki dünyada yüzminlərlə insan sağdır”

O xüsusən tibb işçiləri tərəfindən istifadə olunan fərdi qoruyucu vasitələrlə bağlı yaşanan “xroniki qlobal sıxıntının” xəstələrin həyatını xilas etmək üçün birgə səylər üçün ən böyük təhdid olduğunu dilə gətirib.

ÜST rəsmisi ən çox ehtiyacı olan 74 ölkəyə 2 milyona yaxın fərdi qoruyucu cihaz göndərdiklərini və 60 ölkəyə oxşar miqdarda avadanlıq göndərəcəklərini açıqlayıb: “Bu problem yalnız beynəlxalq əməkdaşlıq və həmrəyliklə həll edilə bilər”.

Dünya dövlətlərini COVİD-19-u dayandırmaq üçün bütün mövcud mənbələrdən istifadə etməyə çağıran Qebreyesus virusun bütün bəşəriyyətin ortaq düşməni olduğunu dilə gətirib.

“Koronovirus pandemiyası ilə mübarizə aparmaq üçün bir araya gəlin. Heç bir ölkə tək döyüşə bilməz, yalnız birlikdə mübarizə apara bilərik”,- deyə o əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə