Azercell azərbaycanlıları həmrəylik nümayiş etdirməyə çağırıb

Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bütün dünyada muşahidə olunan gərgin şəraitdə Azərbaycan xalqına dəstək olmaqda davam edir! Azercell media kanalları vasitəsilə yayımladığı yeni video çarxda xalqımızı həmrəy olub möhkəm dayanmağa, əzizlərimizə və doğmalarımıza dəyər verməyə, evdə olmağa səsləyir.

Şirkət hazırda abunəçiləri üçün kəsintisiz rabitənin və rəqəmsal xidmətlərin təqdim edilməsi istiqamətində çalışdığını bəyan edərək, bütün vətəndaşlarımızı bu sınaq günlərini #birlikdə geridə qoymağa çağırır!

#EvdəQalAzərbaycan #Azercell

Bütün xəbərlər Facebook səhifəmizdə