Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər Video

Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədən qayıdan tələbə və vətəndaşlarımızın bir qrupu Naxçıvanda tibbi nəzarətdə saxlanılırlar. Onlar Naxçıvanda yaşayış qeydiyyatında olanlar yox, Bakı şəhərində və ölkəmizin bir sıra digər bölgələrində yaşayan vətəndaşlarımızdır. Sayları 300 nəfərə yaxındır. Onlar üçün lazımi saxlanılma, müayinə və qidalanma şəraiti yaradılsa da, ötən gündən etibarən bir sıra sosial şəbəkə hesablarında, xüsusən, Duzdağ Fizioterapiya Mərkəzindəki vətəndaşlarımızın saxlanılma şəraiti ilə bağlı yanlış, məqsədli və təxribat xarakterli informasiyalar yayılıb. Bu gün Naxçıvandakı tələbələr sosial şəbəkələrdə yayılan saxta və təxribat xarakterli videolara cavab olaraq video paylaşım ediblər. Və bundan əvvəl paylaşılan videolarda səslərinin montaj olunduğunu və məqsədli şəkildə təhrif edildiyini vurğulayıblar. SİA NUHÇIXANA istinadla həmin videonu təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...