İsmayıl Ağayev: "Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Azərbaycan diasporunun uğurundan danışmaq olmaz"- MÜSAHİBƏ (SƏS TV)
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin SİA-ya müsahibəsi:
- Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
- Azərbaycan diasporunun formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlı ölkədən kənarda yaşamasına baxmayaraq Azərbaycanı öz doğma vətəni hesab etməlidir. Biz də Beynəlxalq Diaspor Mərkəzi azərbaycanlı olaraq ölkəmizdən kənarda yaşayan azərbaycanlıları, Azərbaycanı sevən bütün başqa millətləri də azərbaycançılıq ideyaları ətrafında birləşməyə sövq edirik. Nə qədər ki, Dağlıq Qarabağ, İrəvan, Zəngəzur işğal altındadır, nə qədər ki, İrəvandan qovulan azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmayıblar, 35 milyon azərbaycanlının İranda dinləri, dilləri, mədəniyyətləri ayaq altındadır, Azərbaycan diasporunun uğurundan danışa bilmərik. Təbii ki, Azərbaycan diasporunun son dövrlər uğurları var, mühüm işlər görür. Amma bu saydığım məsələlər nə qədər ki, gündəmdədir və öz həllini tapmayıbsa, demək olar ki, hələ biz ciddi uğur əldə etməmişik.
- BDM olaraq deportasiya soyqırımı ilə bağlı hazırda hansı işlər görürsünüz?
- Ümumiyyətlə, Azərbaycan türklərinin deportasiya soyqırımına məruz qalması geniş tarixə malikdir. Çox təəssüflər olsun ki, ermənilər hər zaman əldə vasitə olublar və onların başında da Rusiya durub. Çar Rusiyası dövründə ermənilər Azərbaycan torpaqlarını işğala məruz ediblər. İrəvanda, Zəngəzurda, Qars və İğdırda azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalıblar.
Bu hadisələrdən danışarkən ilk növbədə Azərbaycanın qəhrəman oğlanlarının adını çəkməmək mümkün deyil. Çox təəssüflər olsun ki, Azərbaycan tarixində hər zaman ermənilərin bizə qarşı törətdikləri soyqırımı faktlarını oxumuşuq. Ancaq azərbaycanlıların o zamanki qəhrəmanlıq məsələlərini az şəkildə, ştrix altından keçiriblər. Nəzərə alsaq ki, 1918-ci ildə Şaumyanın qoşunlarının Bakıda yerləşdiyi vaxtda Lalayanın, Andranikin qoşunlarının Zəngəzur qəzasından keçərək Azərbaycanda birləşməsinin qarşısını alan Sultan bəy Paşabəyov olub. Qanlı dərəsi adlanan yerdə Andranikin 30 min qoşunu darmadağın edilib. Bu ermənilərin tarixində ən dəhşətli bir iz buraxmışdı. Əgər o vaxt Andranikin və Lalayanın qoşunları birləşsəydi, ümumiyyətlə, bu gün Azərbaycan adlı bir məmləkətdən söhbət gedə bilməzdi. Məhz erməni tarixçiləri yazırlar ki, ermənilərin birləməşinin qarşısını alan Sultan bəyin qəhrəmanlığı erməniləri 100 il geri salıb.
BDM olaraq bizim tez-tez səfərlərimiz olur və mən xüsusilə qeyd etmək istərdim ki, bu il nəhayət ki, prezidentimizin tapşırığı, Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycandan gedən, canlarını qurban verən 300 min şəhidimizin şəkili Çanaqqalada qoyulub. Bu bizim iftixar hissimiz olmalıdır. 1915-ci ildə azərbaycanlılar könüllü şəkildə ora gedib orada şəhid olublar. Bundan əlavə biz Qarsda, İğdırda olan şəhidlərimizi də yad edirik. Azərbaycanın dəyərli, qeyrətli insanları erməni daşnaklarına qarşı mübarizə aparıblar. Təsəvvür edin ki, İğdır, Qarsda minlərlə azərbaycan türklərini qıran ermənilər hazırda Ağrı dağını özlərinin simvolları hesab edirlər. O əraziləri qədim erməni torpaqları hesab edir, Türkiyənin ərazi bütövlüyünü tanımırlar.
Hər zaman erməni rəhbərləri uşaq, qadın qatili olublar. Xocalıda da həlak olanların əksəriyyətini qadın, uşaqlar təşkil edib. Buna bir misal bu yaxınlarda Azərbaycanın 9 yaşlı şəhidi Fariz Bədəlovun ölümünun sifarişçisi də Ermənistan prezidenti Serj Sarkisyandır. Biz də öz növbəmizdə F. Bədəlovun qətlində günahkar olanların tapılması və cəzalandırılmasının tələbindəyik. Bununla əlaqədar Çexiyada, Avstriyada, Polşada keçirilən bütün tədbirlərdə ermənilərin nə qədər insanlıqdan kənar olduğunu filmlər, əyani vasitələrlə çatdırırıq. Bizim çoxlu təşəbbüskar dostlarımız var ki, onlar çex, polyak alimləridir, biz onlarla əməkdaşlıq edirik. Bu işlərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini də xüsusi qeyd etmək istəyirəm. Bir vaxt onlar yalnız ölkə daxilində həyata keçirilən layihələrə maliyyə ayırırdılarsa, hazırda ölkə kənarında həyata keçirilən layihələrə də maliyyə yardımı edilir. Deportasiya soyqırımı ilə bağlı Avropa insan hüquqları məhkəməsinə 40-a yaxın Ermənistandan qovulmuş azərbaycanlıların ərizələrini təqdim etmişik və hazırda onun üzərində iş aparırıq. Nə qədər ki torpaqlarımız azad olunmayıb, hələ bizim görüləcək çox işlərimiz var.
- Sizin təşkilat 9 yaşlı şəhid Fariz Bədəlovun ölümünün 40-cı günündə aksiya keçirməyi planlaşdırır. Niyə bu aksiyanı ATƏT-in Bakı Ofisinin qarşısında deyil, Ağdamda keçirməyi qərara aldınız?
- Biz BDM olaraq 9 yaşlı şəhidimizin ölümünün 40-cı günü ilə əlaqədar olaraq Ağdama gedəcək, aksiya keçirəcəyik. Bu aksiya ilə ATƏT-in bu məsələyə biganə münasibətini, ikilistandartlarla yanaşması və ümumiyyətlə, bu məsələdə BMT-nin Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni icra etməməsini qınayacağıq. Təbii ki, son olaraq düşünürəm ki, bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün, Xocalının yer üçündən silinməsinə baxmayaraq düşmən ölkə tərəfindən həmin ərazidə hava limanının salınmasını və uçuşların həyata keçirilməsini pisləyəcək, bununla bağlı dünya ictimaiyyətinə müraciətimiz olacaq.
O ki qaldı aksiyanın məhz Ağdamda keçirilməsinə bilirsiniz ki, biz BDM olaraq qeyri-standart tədbirlər həyata keçirə bilərik. Bizim döyüş bölgəsinə gedərək üzumüzü ermənilərə tutaraq dünya ictimaiyyətinin bu məsələyə yenidən baxmağa dəvət edirik. İstəyirik ki, ATƏT-in Bakı ofisində işləyən insanlar Ağdama gəlsinlər, həmin şəhidin ailəsinə baş çəkisinlər. Nəyə görə, qətli törədənin cinayətə cəlb olunmamasına aydınlıq gətirsinlər. Ən azından bunu edərək özlərinin bitərəf olmadıqlarını göstərsinlər. Biz bu məsələni gündəmdə saxlamaq niyyəti ilə Ağdama gedirik.
- ATƏT nümayəndələri Fariz Bədəlovun qətli ilə bağlı araşdırma aparmaq üçün Yerevanda, Xankəndində olub, bu gün isə onlar Azərbaycan ərazilərinə gəliblər. Necə düşünürsünüz, onların bu məsələ ilə bağlı yayacaqları hesabat ədalətli ola biləcək?
- ATƏT ciddi təşkilat olsa da, bizim istədiyimizi edə bilmir. Hər dəfə ATƏT- dən nəsə gözləmək insanlarda inamsızlıq yaradıb. Azərbaycan cəmiyyəti əlinə silah alıb torpaqlarımızı işğal etməlidir, bu bizim mənəvi haqqımızdır. Hesab edirəm ki danışıqlar limiti tamamilə bitib. Azərbaycanın güclü prezidenti, ordusu var. Hökümət bu məsələ ilə bağlı son sözünü deməlidir. ATƏT-in Azərbaycanın xeyrinə hər hansı bir qərar qəbul edəcəyinə inanmıram, çünki illər ərzində bu inamı itiriblər. Dəfələrlə şahidi olmuşuq ki, prezidentlərin üçtərəfli görüşündə bu məsələlər geniş müzakirə olunub, danışıqlar aparılıb. Amma görüşün səhərisi günü Ermənistanın Azərbaycana qarşı təcavüzü yenə də davam edib. Sarkisyan türkün düşməni, uşaq qatilidir. Onun rejimində danışıqlardan söhbət gedə bilməz. Onunla onun dilində danışmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB