YAP könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını davam etdirir FOTOLAR

Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasını mart ayının 27-də də davam etdiriblər. SİA-nın verdiyi məlumata görə, bu dəfə də onlar bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar.

Qeyd edək ki, martın 29-dək davam edəcək aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

#EvdəQalVirusaYoluxma, #SağlamlığımızMilliHəmrəyliyimizdədir, #BizBirlikdəGüclüyük

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə