AZAL-ın koronavirus təhlükəsi ilə mübarizəyə dəstək VİDEOÇARXI

AZAL koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində həyata keçirilən təbirlərə dəstək məqsədilə videoçarx hazırlayıb. Aviaşirkətdən SİA-ya bildirilib ki, belə bir çətin zamanda bütün ölkə “COVID-19” təhlükəsinə qarşı mübarizədə birləşmişdir: "Hər kəsi sosial məsuliyyəti dərk edərək evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa çağırırıq. Onların yanında olaq, əməl və sözlə dəstəkləyək.

Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyə edən “Azərbaycan Hava Yolları”nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar "ön cəbhədə" çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.

Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...