Ermənistanda koronnavirusla bağlı daha bir olay yaşanıb. SİA xəbər verir ki, iki aylıq körpə anası ilə birgə infeksiya daşıyıcına çevrilib. Bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan özünün Facebook səhifəsində yazıb. Onun qeyd etdiyinə görə, ana və körpəsi xəstəxanaya yerləşdiriliblər. Anada iki gün ardıcıllıqla yüksək hərarət qeydə alınıb. "Xəstəlik simptomsuz keçir, onlar həkimlərin nəzarəti altındadırlar", deyə erməni nazir yazır.
"300 nəfər müalicəsini davam etdirir. Birinin vəziyyəti kritikdir, digərininki də ağırdır", statusda eyni zamanda bildirilir.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB