Koronavirusa qarşı peyvənd uzun illər qorunmanı təmin edə bilər - Tədqiqat
Koronavirus üzərində tədqiqat aparan alimlər yüz minlərlə insana ötürülən virusun mutasiya sürətinin aşağı olduğunu düşünürlər. Nəticələr təsdiqlənərsə xəstəliyə qarşı vahid bir peyvənd hazırlana və uzun illər insanların qorunmasını təmin edə bilər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
John Hopkins Universitetinin Tətbiqi Fizika Laboratoriyasında tədqiqat aparan genetiklər Peter Thielen və Tom Mehoke xəstələrdən alınan nümunələrdə yeni tip koronavirusun (SARS-CoV-2) genetik quruluşunu araşdırırlar. Daha sonra onları virusun Çində ilk yayılması ilə müqayisə ediblər.
Thienen açıqlamasında bildirib ki, mutasiyanın sürətinə baxdıqda Covid-19-un mövsümi qrip kimi hər il yenilənməsinin mümkün olmadığı üzə çıxır, bir peyvənd kifayət edər ki, xəstəlikdən birdəfəlik qoruna biləsən.
Dəqiq nəticələr üçün uzun müddət tələb olunur
Virusun peyda olmasından çox vaxt keçməməsi və müayinə olunan nümunələrin sayının məhdud olması, dəqiq nəticələr əldə etməyə imkan vermir. Ancaq bu günə qədər aparılan araşdırmalarda virusun 10-a qədər fərqli mutasiyası aşkar edilib. Bu say məsələn mövsümi qriplə müqayisədə çox azdır.
SARS-CoV-2 yayılması eyni mutasiya dərəcəsi ilə davam edərsə qızılca və ya suçiçəyi kimi vahid bir vaksin Covid-19 xəstəliyinin qarşısını almaq üçün kifayət edə bilər.
Digər tərəfdən, dünyada yayılan peyvənd işləri gündən-günə irəliləsə də, ən erkən peyvəndin bir ildən 18 aya qədər istifadəyə hazır olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB